Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

COVID-19 peyvəndləri haqqında nələri bilirik? – Təsiri, saxlanması, qiyməti… – MÜQAYİSƏLİ CƏDVƏL

18-01-2021, 14:50   


Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Səhiyyə naziri Oqtay Şirəliyev COVID-19 əleyhinə peyvənd olunub. Turkustan.info xəbər verir ki, açıqlanan məlumatlarda Səhiyyə nazirinin Bakı Sağlamlıq Mərkəzində vaksinasiyadan keçdiyi bildirilib.Qeyd edək ki, Azərbaycanda həyata keçirilən peyvəndlənmə zamanı Çin istehsalı olan “CoronaVac” vaksinindən istifadə olunduğu bildirilir.Bəs görəsən, “CoronaVac” peyvəndi digər analoji peyvəndlərdən nə ilə fərqlənir. Mütəxəssislər bildirirlər ki,  “CoronaVac” peyvəndi bədənin immunitet sistemini virusa məruz qoymaq üçün öldürülmüş viral hissəciklərdən istifadə edilərək hazırlanıb. “CoronaVac”dan fərqli olaraq Qərbdə hazırlanan “Moderna” və “Pfizer” peyvəndləri koronavirusun genetik kodunun bir hissəsinin bədənə yeridilməsi deməkdir.“CoronaVac” peyvəndinin əsas üstünlüyü onun daha aşağı temperaturda saxlanılması və “Moderna” və “Pfizer” peyvəndlərindən fərqli olaraq ənənəvi üsula – zəiflədilmiş və ya öldürülmüş viruslardan hazırlanmasındadır. Çin istehsalı olan peyvəndi mənfi 2-8 dərəcədə (Selsi) saxlamaq mümkün olduğu halda  “Moderna”nın peyvəndi mənfi 20, “Pfizer” peyvəndi isə mənfi 70 dərəcədə saxlanmalıdır.Məlumat üçün bildirək ki, Çinin “Sinovac” şirkətinin istehsal etdiyi “CoronaVac” peyvəndinin nə qədər effektiv olduğu barədə Beynəlxalq Səhiyyə Təşkilatı rəsmi məlumat açıqlmayıb. Lakin TƏBİB tərəfindən verilən rəsmi açıqlmada “CoronaVac” peyvəndinin effektivliyi 92% olduğu bildirilib.Saxlanılması və daşınması asan başa gəldiyi üçün Çin peyvəndinə olan maraq daha çoxdur. Sinqapur, Malayziya, Filippin, Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, İndoneziya kimi ölkələr Çin istehsalı olan peyvəndlərdən istifadəni təsdiqləyib.Qərbdə istehsal olunan peyvəndlərin qiyməti ilə bağlı Beynəlxalq Səhiyyə Təşkilatının açıqlaması olsa da, “CoronaVac” peyvəndi barədə rəsmi məlumat yoxdur. İndoneziyanın dövlət şirkəti olan “Bio Farma” bir ədəd “CoronaVac” peyvəndi üçün 13,6 dollar xərcləyəcəklərini açıqlayıb.Bir qədər əvvəl mətbuatda yer alan məlumatlarda bildirilirdi ki, Azərbaycan 4 milyon ədəd “CoronaVac” vaksini üçün 80 milyon manat ödəyəcək. Bu isə o deməkdir ki, bir ədəd vaksinin qiyməti Azərbaycan üçün 12 dollara başa gələcək.
Ölkə + ŞirkətNədən hazırlanıbDozaTəsiriSaxlanmasıQiyməti
İngiltərə –
Oxford Universiteti (“AstraZeneca”)
Viral vektor (genetik cəhətdən dəyişdirilmiş virus)2 dəfə62-90%Daimi soyuducu temperaturu4 dollar
ABŞ – “Moderna”RNT (virusun genetik kodunun bir hissəsi)2 dəfə95 %– 20 C-dən yuxarı, 6 ay ərzində33 dollar
ABŞ/ Almaniya – “Pifizer” – “BioNTech”RNT (virusun genetik kodunun bir hissəsi)2 dəfə95 %-70 C20 dollar
Rusiya –
“Gamaleya” (“Sputnik V”)
Viral vektor (genetik cəhətdən dəyişdirilmiş virus)2 dəfə92 %Daimi soyuducu temperaturu (Quru formada)10 dollar
Çin –
“Sinovac” – (“CoronaVac”)
Təsirsiz hala gətirilmiş viral hissəciklər2 dəfə92%-2 C – 8 C arasında12-13 dollar (təxmin qiymət)
Anaxebe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar