Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ziya Məmmədovun oğlu şəxsi təyyarə aldı

25-04-2014, 15:39   
Ziya Məmmədovun oğlu şəxsi təyyarə aldı
Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov dəyəri milyonlarla dollar qiymətinə ölçülən şəxsi təyyarə alıb.
Nazir oğlunun təqribən 6 ay öncə aldığı şəxsi təyyarə İsveçrədə istehsal olunub. Təyyarənin xüsusi sifariş əsasında istehsal olunduğu və yüksək keyfiyyətlə hazırlandığı bildirilir. Anar Məmmədovun bütün xarici səfərlərini bu təyyarə ilə həyata keçirdiyi qeyd olunur.
Məsələ ilə əlaqədar Anar Məmmədovun vəkili Ruslan Məmmədova müraciət edilib. Vəkil sualı dinləmədən əlində ciddi işlərinin olduğunu və danışa bilməyəcəyini deyib. Daha sonra isə vəkil "sizin işləriniz mənim işlərimdən ciddi ola bilməz " deyərək telefonu söndürüb.
Xatırladaq ki, bir müddət öncə, mətbuatda Nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun qlamur həyat keçirməsi ilə bağlı yazılar dərc olunurdu. Sonradan bu yazıları Anar Məmmədovun biznes fəaliyyətini və hətta diaspora fəaliyyətini əks etdirən məqalələr əvəzləməyə başladı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar