Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Tənhalara müjdə: oxuyun və bir həftəyə sevgili tapın!

28-04-2014, 04:29   

"Sevgilim yoxdu", - deyib şikayətlənməyin. Yaxşısı budur, Ailem.az-ın yazısını oxuyub dərhal tətbiq etməyə başlayın.

Uzun müddətdir yalnızsınız və bayıra belə çıxmırsınız. Ancaq artıq bayıra çıxmağın vaxtı gəlib yetişdi. İlk öncə xarici görünüşünüzə əl gəzdirin, çünki gərək əvvəl insan özü özünü bəyənsin. Özünü bəyənməyən birini başqasının bəyənməsi bir qədər mümkünsüzdür. Həm də bəyənilmək özünüzə inamınızı artırmş olacaq. Saçınızı kəsdirin, makiyajınızda, geyiminizdə dəyişiklik edin. Əgər imkanınız varsa, tamamilə yeni imicdə ətrafınızdakıları təəccübləndirin.

Daha əvvəl getdiyiniz məkanlarda hər kəsi tanıyırsınız deyə bu dəfə gəzmək üçün yeni yerlər kəşf edin. Yaşam tərzinizə uyğun yerlərdə sizə bənzər, sizinlə eyni düşüncədə olan insanlar mütləq vardır. Yeni insan kütləsinə daxil olmaaqdan çəkinməyin. Dostunuz, ya rəfiqənizlə gəzintiyə çıxın və gözlərinizi dörd açın.

Alış-veriş mərkəzləri, kino, kafe, restoran, barlar yeni insanlarla tanış olmaq üçün uyğun məkanlardır. İnsan həyatını bəzən tamamilə dəyişən elə təsadüflərdir. Başınızı aşağı salıb yeriməkdən əl çəkin, dik gəzin, ətrafınızda baş verən hər şeyə fikir verin. Bəlkə kənardan biri də sizə fikir verir.

Dostlaırınızla zəngləşib görüşməkdən çəkinməyin. Bəlkə onların sayəsində çevrəniz dəyişə bilər. Dostunuz, ya rəfiqənizin indiyə kimi görmədiyiniz hansısa bir dostu sevgiliniz ola bilər. Ev partiləri, ad günləri kimi çoxlu insan olan dəvətlərə mütləq gedin.

Sevdiyiniz işlər, hobbilərinizə uyğun bir yerlərə, dil, rəqs, rəssamlıq kurslarına gedin. Yeni insanlarla tanış olmaq üçün onların gəlməsini gözləməyin. Siz onlara gedin.

İşdə, ya məktəbdə sizi çox güldürən bir dostunuz, ya bəyəndiyiniz biri niyə də sevgiliniz olmasın. Əvvəl ona sadəcə dost gözüylə baxmış ola bilərsiniz, ancaq unutmayın ki, hər an hər şey ola bilər.

Ətrafa diqqətlə baxın. Bir əsərdə deyildiyi kimi bəlkə siz qırmızı işıqda gözləyərkən sevgi qarşı tərəfdə yanan yaşıl işıqda keçib getmiş ola bilər.
"Gözü elə hey gəzir", - desələr də fikir verməyin. Dərhal "Mən bu insanla sevgili ola bilmərəm, tipim deyil", - kimi mənfi düşüncələrə qapılmayın. İlk düşüncələr aldadıcı ola bilər və onu da bilin ki, xarici görünüş hər şey demək deyil.

İndi İnternet dövrüdür. Artıq 3 yaşındakı uşaqlar belə internetdən istifadə edir. Yeni biriylə tanış olmaq üçün internetdən yararlanın, ancaq insanların virtual olaraq özlərini fərqli təqdim edə biləcəkləri ehtimalını da unutmayın. Tanımadığınız bir insana bütün sirrlərinizi deməyin və əgər onunla görüşsəniz, çoxlu insan olan yerdə görüşün və hətta görüşə dostunuz, ya rəfiqənizlə getsəniz, daha yaxşı olar.

Bir az cəhd etsəniz, tənha keçirdiyiniz günlərin bitməsi bir an məsələsidir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar