Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Heydər Əliyev Mərkəzi üzərində qeyri-adi videogörüntülər

28-04-2014, 11:58   
Heydər Əliyev Mərkəzi üzərində qeyri-adi videogörüntülər
Aprelin 27-də Heydər Əliyev Mərkəzinin binası üzərində video installyasiya nümayiş etdirilib.

Installyasiyasının süjet xəttini Azərbaycan mədəniyyət və incəsənət tarixinə səyahət təşkil edib. Paytaxt sakinləri 15 dəqiqəlik şou ərzində Qobustan qayaüstü rəsmlərinin yarandığı dövrdən bu günə qədər Azərbaycanın xalçaçılıq sənəti, ədəbiyyatı, musiqisi və rəssamlığının ən müxtəlif mərhələlərini müasir audio-vizual formatda izləyiblər. Azərbaycan mədəniyyət tarixinin görkəmli simaları Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Xurşudbanu Natəvan, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyli, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Tahir Salahov, Toğrul Nərimanbəyov, Bülbül, Müslüm Maqomayev, Rəşid Behbudov və digərlərinin portretləri, eləcə də onlara ölməzlik qazandıran əsərlərinə aid təsvirlər nümayiş etdirilib.

Video installyasiya dünya şöhrətli siyasi xadim, ümummilli lider Heydər Əliyevin Azərbaycanın üçrəngli bayrağının fonundakı portretinin nümayişi ilə başa çatıb.

İnstallyasiya tanınmış pianoçu və bəstəkar İsfar Sarabskinin musiqisinin müşayiəti ilə təqdim olunub. Qeyd edək ki, video installyasiya “Hypnotica Visual Performance” komandası tərəfindən təqdim edilib.








Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar