Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Özbəkistan teleradio şirkətlərini minalayır

28-04-2014, 12:00   
Özbəkistan teleradio şirkətlərini minalayır
Özbəkistan hakimiyyəti televiziya və radio şirkətlərinə strateji və xüsusi əhəmiyyət kəsb edən cihazların təcili surətdə minalaması barədə göstəriş verib. Qarışılıqlıq, hərbi müdaxilə və ya fövqəladə hal baş verdiyi halda bütün cihazlar partladılacaq.

Şərqi Ukraynada baş verən hadisələrdən sonra, rusiyameyilli qüvvələr televiziya və radio qüllələrini ələ keçirdikləri kimi xoşagəlməz hallardan sığortalanmaq üçün, Özbəkistan xüsusi xidmət orqanları qabaqcadan belə təhlükəsizlik tədbirlərini görməyə məcbur olub.

Ölkə rəhbərliyi bu barədə televiziya və radio stansiyası rəhbərlərinə yazılı təlimatlar göndərilib. Təlimata görə, özünü məhvetmə qurğuları bütün teleradio obyektlərində mayın 14-nə kimi quraşdırılmalıdır. Qurğulara nəzarət isə Özbəkistanın Təhlükəsizlik Xidməti əməkdaşları tərəfindən həyata keçiriləcək.

Bundan sonra hər bir kütləvi informasiya vastəsinin ofisini DİN-nin iki məsul əməkdaşı qoruyacaq. Jurnalistlərin xarici ölkəyə gedib-gəlməsi prosedurları da mürəkkəbləşib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar