Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Türkiyə prezidenti selfi çəkdirdi

28-04-2014, 12:07   
Türkiyə prezidenti selfi çəkdirdi
Türkiyə prezidenti Abdullah Gül jurnalistlərlə birgə selfi çəkdirib. Gül Türkmənistanda jurnalistlərlə birgə son günlərin dəbi olan selfi fotoşəkili çəkdirib.

Türkiyənin dövlət başçısı türkmənistanlı həmkarı Qurbanqulu Berdimuhamedovun dəvəti ilə Aşqabada gəlib. Gül Türkmənistana Atçılıq Bayramı şənliklərinə qatılmaq üçün səfər edib.

A.Gül keçirdiyi görüşlər əsnasında bir oteldə jurnalistlərin xahişini yerə salmayıb. Selfi çəkdirməyə razılıq verən prezidentin selfi fotosu qısa müddət ərzində sosial şəbəkələrdə yayılmağa başlayıb. Böyük marağa səbəb olan foto sosial şəbəkələrdə xeyli sayda insan tərəfindən bəyənilib
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar