Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AMEA-da SSRİ... hələ də dağılmayıb

28-04-2014, 17:47   

Son aylar Rusiya prezidenti Vladimir Putinin SSRİ-ni bərpa etmək cəhdləri barədə çox danışılır. İddia olunur ki, Putin bu fikrində israrlıdır və onun bu yöndə müxtəlif addımlar atdığı da göz önündədir...

Əslində Azərbaycanda hələ də SSRİ-ni dağılmamış hesab edən rəsmi təşkilatlar da var. Bunu aşağıdakı foto-faktlar da sübut edir. Aşağıda gördüyünüz bu fotolar 1984-cü ildə yox, 2014-cü ildə çəkilib. Elmlər Akademiyasının Rəyasət Heyətinin binasının yuxarı hissəsində kiril əlifbası ilə yazılmış “Azərbaycan SSR Elmlər Akademiyası” lövhəsi göz çıxarmaqda davam edir...

Bir neçə müddət qabaq bu məsələyə toxunulmuşdu. O zaman belə rəsmi açıqlama verilmişdi ki, bəs, bu, tarixdir, ona görə toxunmayıb. Qəribədir, paytaxtda 200-300 il tarixi olan binaları dağıdırlar, hətta Qız qalasını müasirləşdirirlər, amma cəmi 70 il ömrü olmuş bir imperiyanı tarix hesab edib qoruyurlar. Bunun hansısa bir izahını tapmaq mümkün deyil.

Nəzərə çatdıraq ki, Azərbaycan müstəqillik mücadiləsinə başladığı ilk illərdə hərəkatçıların toplaşdığı, qərar verdiyi və Azərbaycanın üçrəngli bayrağının ilk dəfə dalğalandığı məkanlardan biri də bu bina olub.



Digər tərəfdən, həmin bina 1905-06-cı illərdə tikilib, onun inşa tarixinin də SSRİ-yə aidiyyəti yoxdur.

Ona görə də həmin binanın üzərində “Azərbaycan SSR Elmlər Akademiyası” sözlərini və imperiyanı simvolizə edən 5 guşəli ulduzu saxlamağın heç bir mənası yoxdur. Bu, SSRİ-ni “həmişəyaşar” hesab etmək düşüncəsindən başqa bir şey deyil.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar