Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ukraynada separatçılar hərbi hissəyə hücum etdi: 12 yaralı

17-04-2014, 09:13   
Ukraynanın Mariupol şəhərində Daxili Qoşunların 3057 saylı hərbi hissəsinə hücum edilib. anaxeber.info-ın Ukrayna KİV-ə istinadən xəbərinə görə, naməlum şəxslər hərbi hissəsinin darvazasını dağıtmağa cəhd edib. Onlar hərbi hissə rəisinin danışıqlara gəlməsini tələb ediblər. Hücum edənlərin əlində odlu silah və "Molotov kokteyllər"i olub. Hərbi hissənin qarşısında atışma baş verib.
Məlumata görə, 12 nəfər yaralanıb. Yerli vaxtla saat 20.30 (Bakı vaxtı ilə saat 22.30) hərbi hissəyə mikroavtobuslar gəlib. Mikroavtobuslardan boz forma geyinmiş maskalı şəxslər düşüb. Onlar hərbi hissənin ərazisinə partlayıcı maddələr atıb və silah verilməsini tələb ediblər. Buna cavab olaraq, hərbi hissədən xəbərdarlıq məsədi ilə havaya atəş açılıb. Hücum edənlər hərbçiləri onlar tərəfə keçməyə və hərbi hissə rəisini həbs etməyə çağırıblar. Atəş nəticəsində iki mənzilə ziyan dəyib. Mənzillərin şüşələri, qapılar, qaz qurğusu qırılıb. Təşvişə düşən insanlar evlərindən qaçır, qaz partlayışından ehtiyat edirlər.
[media=http://www.youtube.com/watch?v=EQz3RaQIWaM]
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar