Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rəisdən Bəxtiyar Hacıyevə cavab: ”Dedi ki, sən fahişəsən”

29-04-2014, 12:16   

Sabunçu rayon Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi İltimas Yusifli gənc fəal Bəxtiyar Hacıyevin onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bölmə rəisi açıqlamasında deyib ki, Bəxtiyar Hacıyev Mətanət Əhmədova adlı vətəndaşın ərizəsi əsasında polis bölməsinə dəvət edilib: “Bölməyə gəldikdə polis əməkdaşları ilə kobud rəftar edib, ifadə verməkdən boyun qaçırıb. Vətəndaş ikinci dəfə ərizə ilə müraciət edib ki, bu şəxsin barəsində tədbir görülməzsə, özümü öldürəcəyəm. Həmin qadın deyir ki, Bəxtiyar mənim həyat yoldaşımı dostları ilə oğurlayıb, aparıb döyüblər. Faktla bağlı Nərimanov rayon Polis İdarəsində cinayət işi başlanılıb”.

İ. Yusifli deyib ki, Bəxtiyar Hacıyev bölmədə Mətanət Əhmədovanı da təhqir edib: “Bəxtiyar Hacıyev dedi ki, sən fahişəsən, kişilərlə gəzirsən. Yəqin ki, bizim həmin xanımın şikayəti əsasında onu bölməyə çağırmağımız xətrinə dəyib. O ki, qaldı Bəxtiyar Hacıyevin bizim onunla kobud davranmağımızla bağlı dediklərinə, bu, tamamilə yalandır. Əksinə, o bizə qarşı aqressiv davranırdı”. Onun sözlərinə görə, B. Hacıyevin bölmədəki hərəkətləri sənədləşdirilərək, Sabunçu rayon Məhkəməsinə göndərilib: “Bu işlə bağlı saat 15.00-da məhkəmə iclası keçiriləcək”.

Qeyd edək ki, B. Hacıyev mətbuata müraciətində ötən gün Sabunçu rayonu Polis İdarəsinin 13-cü Polis Bölməsinin rəisi İltimas Yusifli tərəfindən təhqir edildiyini bildirmişdi.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar