Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Qoy, Ermənistanı azərbaycanlılar idarə etsin” – Erməni veterandan çağırış

29-04-2014, 12:17   
“Qoy, Ermənistanı azərbaycanlılar idarə etsin” – Erməni veterandan çağırış
12 uşaq atası olan Qarabağ veteranı Qagik Hovhannisyan erməni mediasında dərc olunan reportajda hökumətin biganə münasibətindən gileylənərək mövcud durumda Sarkisyan hakimiyyətini günahlandırıb. Həmin reportajı təqdim edirik:

“Maddi gücümüzü nəzərə alaraq, daha çox buğda, makaron yeyirik”

12 uşağı boya-başa çatdırmaq Hovhannisyan və həyat yoldaşı Armenuhi Manukyan üçün elə də asan olmayıb. 47 yaşlı Hovhannisyan hökumətin diqqətsizliyindən danışaraq övladlarını əzab-əziyyət, borc içində böyütdüyünü deyir: “Övladlarımı borc içində böyütmüşəm. 168 dollar hərbi təqaüd, 163 dollar yardım belə böyük ailənin ehtiyacının hətta kiçik bir hissəsini belə qarşılaya bilmir... 20 ildir ki, atəşkəs elan olunub. Bu illər ərzində hər gün yaşamaq uğrunda çarpışırıq”.

Peşəsi dərzilik olan Q.Hovhannisyan 1993-cü ildə, döyüşlərin birində əlil olub, psixoloji sarsıntı yaşayıb. Əlindən yaralanan, başından güllə alan Hovhannisyan iş qabiliyyətini də itirib. Bununla belə o hökumətdən sosial yardımdan daha çox mənəvi dəstək, hörmət gözlədiyini deyir: "Təqaüdü əldə edən kimi 3 kisə un, 5 kisə kartof alırıq. Maddi gücümüzü nəzərə alaraq daha çox buğda, makaron yeyirik. Övladlarımın qayğısına qalmaq üçün hökumətdən heç nə tələb etmirəm. Onları biz dünyaya gətirmişik, biz də böyüdüb boya-başa çatdıracağıq. Amma dövlət də bir az diqqət yetirməlidir”.

Q.Hovhannisyan hökumətin12 övlad anası olan həyat yoldaşı Armenuhi Manukyana da diqqətsiz yanaşdığını deyir: “Həyat yoldaşım 12 uşaq anasıdı. Heç olmasa 12 övlad dünyaya gətirdiyi üçün onu nəzərə alsınlar. Bu qədər uşağı geyindirib, yedizdirib məktəbə yola salmaq var”.

“Təqaüdlərimiz qaldırılmazsa, inqilab edəcəyik”

Borc-xərc içində yaşadıqlarını deyən Armenuhi Manukyan bəzən yaşamaq, övladlarına istədiyi geyimi geyindirmək üçün kimlərdənsə borc aldıqlarını da deyir: “Övladlarımızı sevirik. Onlara istədikləri geyimi almağa çalışırıq. Lazım gəldikdə borc da alırıq. Nə edim, bu təqaüdlə dolanmaq mümkün deyil. Kommunal xidmətlərə də borcumuz var. Ailəmi qorumaq, onları təmin etmək üçün həyatla mübarizə aparıram. Deyə bilərlər ki, mən dəli olmuşam, amma yox. Vətənpərvər və övladını sevən valideynəm. Buna görə kənardan bəzən belə qiymətləndirilirəm”.

42 yaşlı qadın erməni prezidenti Serj Sarkisyanın fevralda, Yerkrapah Könüllülər Birliyinin iclasında sosial şəraitin yaxşılaşdırılması üçün tətil edən üsyançılara ünvanladığı sözlərdən hiddətləndiyini söyləyir: "Təəssüf ki, hələ də meydanlarda ağlayıb-sızlayan fərdlər var, onlar ölkəni qorudular, qan axıtdılar. Biz yaxşı bilirik ki, kim harada nə qədər qan töküb. Onların iş qabiliyyətindən də xəbərdarıq. Yalnız hörmət tələb edirik”.

Armenuhi Manukyan ötən ilin mayından etibarən müxtəlif hökumət binalarının qarşısında sosial problemlərin həlli üçün müharibə əlillərinin keçirdiyi tətillərin də nəticəsiz qaldığını deyir: “Azadlıq mübarizləri artıq 20 ildir ki susur. Bu qədər yetər. Artıq bu etinasızlığa dözmək fikrində deyilik...Təqaüdlərimiz qaldırılmazsa inqilab edəcəyik”.

“Bugünkü hökumət hansı şəraitdə olmasından asılı olmayaraq, vətənin qayğısına qalmır. Sarkisyan hökuməti yalnız oğurluqla məşğuldur”

Azadlıq müharibəsinin iştirakçılarından olan, Qagik Sarukhanyan da hökuməti ittiham edir. O, soyub-talamaqla məşğul olan Sarkisyan hökumətini oğru adlandırır: “Hazırda Ermənistanda 1990-1994-cü illədə Qarabağda hərbi yürüşlərdə iştirak etmiş ümumilikdə 15000 müharibə veteranı qeydiyyatdan keçib. Fərdi təqaüdlər 96-192 dollar arasında dəyişir. Etirazlardan hələ bir nəticə çıxaran olmayıb. Üsyanlara qatılanları müxtəlif adlarla şərləyib, şübhəli şəxs kimi saxlayırlar. Ötən ilin oktyabrında üsyankar tətillərin təşkilində iştirak edən, təqaüdçü Volodya Avetisyan xuliqanlıq maddəsi ilə ittiham olunmuşdu. Hazırda iş üzrə istintaq davam edir. Bu səbəbdən bir çox veteranlar Avetisyanın həbs olunmasına etiraz əlaməti olaraq nümayiş keçirirlər. Nümayiş iştirakçılarından olan Qagik Sarukhanyan deyir ki, onlar haqlarını tələb edərək mübarizəni davam etdirəcəklər: “Bugünki hökumət hansı şəraitdə olmasından asılı olmayaraq vətənin qayğısına qalmır. Sarkisyan hökuməti yalnız oğurluqla məşğuldur. Kim onları narahat edirsə ondan canını qurtarmağa çalışırlar".

“Qoy, azərbaycanlılar gəlib bizim ölkənin idarəçiliyini ələ alsınlar”

O, hökumətin min bir bəhanə gətirərək insanların sosial təminatı naminə daşıya biləcəkləri məsuliyyətdən boyun qaçırdıqlarını deyir: "Məqsədimiz yalnız təqaüdlərin qaldırılması deyil. Bu, ölkəmizin necə çürüməkdə olduğunu göstərən bir bəhanədir. Onlar deyirlər, "büdcə boşdur, biz sizə kömək edə bilmərik..." Nazirlər isə milyon dollarlıq saraylar tikdirirlər. Bəs, bu necə olur? Halbuki, nazirlər belə saraylarda yaşamaq üçün 150 il bu vəzifədə işləyib yüksək əmək haqqı almalı idilər".

Sarukhnayanın həyat yoldaşı isə bir gənclə olan maraqlı söhbətini xatırlayır: "23 yaşlı oğlan deyir ki, qoy, azərbaycanlılar gəlib bizim ölkənin idarəçiliyini ələ alsınlar... 20 ildir ki müharibə gedir, onun valideynləri müharibənin səbəbini ona deməyibmi?"
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar