Sizin Reklam Burada

Belarusda çevriliş planı: Putin niyə Lukaşenkonu devirməyə çalışır?

30-07-2020, 15:18   


Belarusda çevriliş planı: Putin niyə Lukaşenkonu devirməyə çalışır?

Belarusda prezident seçkiləri öncəsi Rusiya ilə siyasi münasibətlərin gərginləşməsi müşahidə olunur. Rəsmi Minsk Rusiya hakimiyyətini “Qazprom” şirkətinin vasitəsilə seçkilərə müdaxilə etməkdə ittiham edir.
Qeyd edək ki, iyulun 15-də Belarus Mərkəzi Seçki Komissiyası Aleksandr Lukaşenkonun əsas rəqibi adlandırılan Viktor Babarikonun namizədliyini qeydə almaqdan imtina edib. O, çirkli pulların yuyulması və rüşvət almaq ittihamı ilə həbs edilib. Lakin Babarikonun seçkidən kənarlaşdırılması əslində, onun “Qazprom”la bağlı olması ilə izah edilir. Onun seçki kampaniyasının “Qazprom” şirkəti tərəfindən maliyyələşdirildiyi barədə məlumatlar var. Bu isə A.Lukaşenkonun yerinə Rusiyanın öz adamını gətirmək cəhdi kimi qiymətləndirilir.
Kremlin seçkilərə müdaxiləsi ilə bağlı növbəti hadisə isə iyulun 29-da bir qrup casus şəbəkəsinin saxlanılmasıdır. Sözügedən qrupdakılar xarici hərbi şirkətin muzdlu döyüşçüləri olub. Belarusun İstintaq Komissiyasının məlumatına görə, hələlik bu barədə əlavə məlumat verilməyəcək. İstintaqın gedişatında ictimaiyyət məlumatlandırılacaq.
Xatırladaq ki, 24 iyulda Belarus Prezidenti Aleksandr Lukaşenko ölkədəki proseslərə xarici hərbi şirkətlər tərəfindən müdaxilə cəhdinə dair xəbərdarlıq etmişdi. O bildirmişdi ki, bu cəhdlərin məqsədi ölkədə "Maydan" yaratmaqdır.
Dövlət Nəzarət Komitəsinin sədri İvan Tertel isə bu proseslərin arxasındakı şəxslərin"Qazprom"da olduğunu deyib.
Politoloq Elşən Manafov Cebhe.info-ya açıqlamasında bildirdi ki, baş verən hadisələr Rusiyanın Belarusdakı seçkilərə müdaxilə etmək niyyətindən xəbər verir:
“Əslində, Rusiya və Belarus arasında bir sıra məsələlərə dair Kremli məmnun də biləcək ən yüksək səviyyədə razılıqlar əldə edilməyib. Bu fikir ayrılığı iyun ayının 24-də “Qələbə”nin 75-ci ildönümünə həsr olunmuş paradın keçirilməsi zamanı da özünü büruzə verdi. Belarus prezidentinin hərəkətinin müşahidə ekspertlər onun rusiyalı həmkarı Vladimir Putinin yanında dayanmaq istəməməsini, tez-tez kənara çəkilməsi kimi faktları diqqətdən qaçırmadılar. Eyni zamanda, Lukaşenkonun sonra verdiyi açıqlamalar da göstərdi ki, Belarus özünün suveren hüquqlarından imtina etmək niyyətində deyil. Bu istiqamətdə də fəaliyyətini davam etdirəcək. Amma suveren hüquq dedikdə aydın deyil ki, Aleksandr Lukaşenko özünün prezident postunda qalmaq və hakimiyyətin ona verdiyi şanslardan istifadə etməsini nəzərdə tutur, yoxsa, Belarusun nə Rusiyadan, nə Qərbdən asılı ola bilməyən gələcəyini bildirmək istəyir. Bu məsələlərə aydınlığın gətirilməsinə ehtiyac var. O da məlumdur ki, Lukaşenkonun əsas rəqibi “Qazprom”la ciddi təmasları olan Viktor Babarikodur. Bu mənada, Qərblə əlaqələri olan müxaliət namizədlərinin deyil, Rusiyaya yaxın Babarikonun əsas rəqibə çevrilməsi göstərir ki, Kreml Belarusda ciddi maliyyə, siyasi və iqtisadi və hərbi dayaqlara malikdir. Bu baxımdan, Qərb Belarusu özünün təsir dairəsinə qatmaq üçün imkanı zamanında əldən vermiş oldu. Belə vəziyyətin yaranması isə Lukaşenkonun apardığı siyasətin nəticəsidir. Rəsmi Minsk Putinin təklif etdiyi bütün layihələrdə yerlıb. Belarus Avrasiya İqtisadi Birliyinin və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvüdür. Amma prezident Lukaşenko Rusiyadan idxal edilən təbii qazın tarifləri ilə bağlı məsələdə, yəni Belarusun enerji təhlükəsizliyinə dair yaranmış fikir ayrılığına görə Moskva ilə məsafə saxlamağa başladı. Bununla da Belarusda iqtisadi islahatların alınması üçün Qərbdən maliyyə yardımının alınması məqsədilə revanş etməyə başladı. Bu da ABŞ-ın diqqətindən yayınmadı. ABŞ nəinki, Belarusu, hətta Mərkəzi Asiyanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün dövlət katibi Mayk Pompeonu bu ölkələrə səfərə göndərdi. Həmin səfərdən sonra Lukaşenkonun hərəkətlərində ikibaşlı tendensiyaları izləməyə başladıq. Bununla yanaşı qeyd etmək istəyirəm ki, Qərb Belarusda ciddi maliyyə və siyasi təsisatlara malik deyil. Ona görə də Qərbin yaxın perspektivdə Belarusu özünün təsir dairəsinə salması üçün ciddi imkanları yoxdur. Güman edirəm ki, Ukrayna təcrübəsindən sonra Rusiya heç bir vəchlə Belarus kimi eniş maşınqayırma, kənd təsərrüfatı, sənaye potensialı olan, ruslarla eyni dildə danışan, eyni tarixə, ortaq mədəniyyətə malik olan bir ölkəni Qərbə asanlıqla güzəştə getməz. Hesab edirəm ki, seçkilər ərəfəsində Lukaşenko Kremli məxfi danışıqlar yolu ilə razı salan addımlar atmasa, şübhəsiz ki, Rusiya onun hakimiyyətdən kənarlaşdırılması üçün seçkilərə müdaxilə edəcək və Belarusda öz maraqlarına cavab verən mənzərənin yaranmasına nail olacaq”.
Müşfiq Abdulla
Cebhe.info
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar