Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

12 avqustda peyvənd qeydiyyatdan keçəcək: İlk vaksin kimlərə vurulacaq? - NAZİR MÜAVİNİ

7-08-2020, 13:38   


12 avqustda peyvənd qeydiyyatdan keçəcək: İlk vaksin kimlərə vurulacaq? - NAZİR MÜAVİNİ

Xəbər verildiyi kimi, Rusiya oktyabr ayında koronavirusa qarşı peyvəndləmə kampaniyasına başlayacağını elan edib. Budəfəki açıqlamada isə kimlərin ilk növbədə peyvənd olunacağı bildirilib.
Cebhe.info xəbər verir ki, müvafiq açıqlama ilə Səhiyyə nazirinin müavini Oleq Qridnev çıxış edib.
Onun sözlərinə görə, peyvəndin qeydiyyatı 12 avqustda baş tutacaq. Hazırda bununla bağlı sonuncu, yəni üçüncü mərhələ başlayıb. Bu, peyvəndin son sınaq mərhələsidir.
"Biz bilməliyik ki, peyvənd təhlükəsizdir. İlk növbədə tibb işçiləri və yaşlılar peyvənd olunacaq", - deyə nazir müavini bildirib. Nazir müavininin sözlərinə görə, preparatın effektivliyini ancaq immunitetin tam populyasiyası baş tutanda müəyyən etmək mümkün olacaq.
Xatırladaq ki, sözügedən peyvəndin ilk sınağı 18 iyunda başlayıb.
Xəzər
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar