Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ordu sərhədə yerləşdirildi - ABŞ-dan KRİTİK TÜRKİYƏ HƏMLƏSİ

19-08-2020, 12:06   


Ordu sərhədə yerləşdirildi - ABŞ-dan KRİTİK TÜRKİYƏ HƏMLƏSİ
Şərqi Aralıq dənizində qanunsuz hərəkətlər edərək bölgədəki gərginliyi artıran Yunanıstan çarəni ABŞ-a qucaq açmaqda görüb.
Publika.az-ın məlumatına görə, son zamanlar Dədəağac bölgəsinə çoxlu sayda hərbi qüvvə toplayan ABŞ-ın buradakı limanı satın alması və Türkiyə boğazlarına nəzarət edəcəyi iddia edilir.
Lozanna razılaşmasına görə isə bu bölgəyə Yunanıstan tərəfindən ordu yerləşdirilə bilməz.
Bundan əlavə, bölgəyə bir müddət əvvəl də ABŞ-ın hərbi qüvvələr gətirdiyi, dəniz və hərbi baza qurduğu bildirilir.
Yunan mətbuatında yer alan xəbərə görə, ABŞ-ın ONEX və Qara Zirvə Maliyyə Qrupu Dədəağac limanının 67 faizini, Kavaladakı Filippos B limanını satın almağı təklif edib.
Əslində, ABŞ-ın bu həmlədən Qaradəniz strategiyası çərçivəsində həm Rusiyaya, həm də Yunanıstanın ən böyük limanını satın alan Çinə qarşı istifadə edəcəyi düşünülür. ABŞ-ın daha bir məqsədinin isə Türkiyəni nəzarətdə saxlamaq olduğu bildirilir.
Akqabay
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar