Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Lotu Quli” ni güllələyən yaxın dostu “Xan Əhmədlinski”dir YENİLƏNİR

20-08-2020, 09:05   

“Lotu Quli” ni güllələyən yaxın dostu “Xan Əhmədlinski”dir

“Lotu Quli”ni güllələyən şəxslə bağlı bəzi məlumatlar daxil olmaqdadır. Bildirilir ki, həmin şəxs “Xan Əhmədlinski” ləqəbi ilə tanınan criminal avtoritetdir. “Xan” son vaxtlar “Lotu Quli”nin təşəbbüsü ilə onun yaxın ətrafına daxil olubmuş. Sosial şəbəkələrdə “Lotu Quli”nin “Xan Əhmədlinski” ilə birlikdə çəkilmiş fotoları da yer alır.

8.38
Türkiyə KİV-ləri “Lotu Quli”nin öldürülməsinin bəzi təfərrüatlarını yayıb. “Habertürk” bildirir ki, Nadir Səlifov Antalyanın Serik rayonundakı otellərdən birində birlikdə yemək yediyi şəxs tərəfindən başından güllələnib. Ətrafdakılar təcili yardım çağırıb, təcili yardım briqadası onu xəstəxanaya çatdırsa da bütün müdaxilələrə baxmayaraq keçinib.
Hadisə yerindən qaçan şəxsin tutulması üçün genişmiqyaslı əməliyyat başlayıb. Son məlumata görə “Lotu Quli”ni güllələyən şəxs Antalya-Denizli yolunda növbə çəkən polislər tərəfindən saxlanılıb.

 Kriminal avtoritetin Türkiyəyə qanunsuz yollarla, başqa şəxsin adına çıxarılmış pasportla daxil olduğu bildirilir.
***
Kriminal aləmin faktini lideri, “Lotu Quli” ləqəbli məşhur “qanuni oğru” nadir Səlifov ötən gecə Türkiyənin Antalya şəhərində güllələnib. Virtualaz.org xəbər verir ki, avqustun 20-nə keçən gecə N.Səlifov killerin hədəfinə tuş gəlib və ona tapançadan 4 güllə vurulub. Kriminal avtoritet təcili olaraq Antalya şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Səhərə yaxın N.Səlifov aldığı güllə yaralarından keçinib. Bildirilir ki, N.Səlifovu güllələyən kriminal aləmin nümayəndəsi, “Xan” ləqəbi ilə tanınan killerdir. O, hadisədən az sonra Türkiyənin hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Təfərrüatlar haqda daha sonra...
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar