Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Navalnının zəhərləndiyi təsdiqlənib

25-08-2020, 09:43   


Müxalifətçinin müalicə aldığı klinika məlumat yayıb
Aleksey Navalnının avqustun 22-dən yerləşdiyi “Şarite” klinikası bu gün press-reliz dərc edib. Orda müxalifətçinin zəhərləndiyi təsdiqlənib.
Məlumatı Navalnının mətbuat xidməti yayıb.
“Məlum olub ki, intiksikasiyanı xolinesteraza ingibitorları qrupundan olan maddələr doğurub. Alekseyin vəziyyəti ağırdır, o, əvvəlki kimi komadadır”, - məlumatda deyilir.
Mətbuat xidməti klinikanın məlumatının tərcüməsini də dərc edib. Bildirilir ki, klinik tədqiqat Aleksey Navalnının zəhərləndiyinə işarə edir.
“Şarite Universiteti klinikasının həkimləri şənbə günündən Aleksey Navalnı ilə işləyirlər. Xəstə reanimasiyada süni koma vəziyyətindədir. Sağlamlığı ilə bağlı ciddi problemləri var, hərçənd hazırda həyati təhlükəsi yoxdur”, - klinikanın məlumatında vurğulanır.
Məlumatda qeyd olunub ki, həkimlər xəstənin qəbulundan sonra onu ətraflı müayinə edib. Kliniki məlumatlar xolinesteraza ingibitorları qrupundan olan maddə ilə intiksikasiyaya işarə edir. Konkret maddə hələ müəyyənləşdirilməyib, odur ki, geniş spektrli əlavə tədqiqatlar təyin edilib. Orqanizmdə xoliensterazanın hazırlanmasını ləngidən zəhərləyici maddənin təsiri müstəqil laboratoriyalarda dəfələrlə təsdiqlənib.
“Xəstə diaqnoza uyğun olaraq antidot – atropin alır. Xəstəliyin mənbəyi müəyyənləşdirilməmiş qalır. Bu səbəbdən uzunmüddətli nəticələr, xüsusi ilə də əsəb sistemindəki nəticələr, hazırda tamamilə istisna oluna bilməz”, - klinikanın məlumatında qeyd olunur.
Müxalifətçinin mətbuat xidmətindən bildirilib ki, müalicə edən həkimlər onun həyat yoldaşı Yuliya Navalnı ilə daima əlaqədədirlər. “Şarite” klinikası siyasətçinin sağlamlığı ilə bağlı bu press-relizi arvadının razılığı ilə dərc edib.
Buradaykən …
Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.
Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar