Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ Rusiyanın bir addımlığında DÖVLƏT ÇEVRİLİŞİNƏ hazırlaşır - Kəşfiyyat rəhbərindən ŞOK AÇIQLAMA

17-09-2020, 12:24   


ABŞ Rusiyanın bir addımlığında DÖVLƏT ÇEVRİLİŞİNƏ hazırlaşır - Kəşfiyyat rəhbərindən ŞOK AÇIQLAMA
ABŞ Belarusda rəngli inqilab və qeyri-konstitusion çevriliş təşkil etmək niyyətindədir.
Publika.az xəbər verir ki, bu iddia Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin tərəfindən səsləndirilib.
“Vaşinqton avropalı müttəfiqləri ilə əlaqələrində Belarusun qanuni hökumətini “iqtidar dövrü” mövzusunda dialoqa məcbur etmək məqsədilə Minskə təzyiqin artırılması mövzusunda təkid edir. Əslində sözügedən şey yeni “rəngli inqilab” və qeyri-konstitusion çevriliş cəhdidir. Bu cəhdin hədəf və məqsədinin Belarus vətəndaşlarının maraqları ilə heç bir əlaqəsi yoxdur”, - o bildirib.
Sergey Narışkin
Belarusdakı protestlərin əvvəldən bəri yaxşı təşkil olunduğunu və xaricdən idarə edildiyini vurğulayan Narışkin sözlərini belə davam edib: “Qərb bu aksiyaların hazırlığını seçkilərdən çox əvvəl başlatmışdı. Sadəcə ABŞ 2019-cu ildə və 2020-ci ilin əvvələrində müxtəlif qeyri-hökumət təşkilatları vasitəsilə hökumətə qarşı planların təşkilinə 20 milyon dollar xərcləyib. Vaşinqton Belarusda kütləvi etiraz başlatdıqdan sonra Belarus müxalifətinin maliyyəsi qat-qat artdı. Rəsmi Vaşinqton Belarusun müxalif lideri Svetlana Tixanovskayanı himayəsinə aldı və onunla əməkdaşlarını “xalq liderləri”, “demokratik Belarusun gələcək idarəçiləri” kimi tanıtmağa çalışdı”.
Zümrüd
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar