Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Nikolun paylaşımı Tiflisi silkələyir: Savaş Gürcüstana gəlir...

13-10-2020, 11:14   




Gürcüstanda təcili şəkildə ABŞ-ın hərbi və hərbi dəniz bazası açılmalı və nüvə kosmik silahı yerləşdirilməlidir.
Axar.az xəbər verir ki, bunu Gürcüstan Leyboristlər Partiyasının sədri Şalva Natelaşvili deyib. O, bunun Gürcüstanın suverenliyi və azadlığının geosiyasi çağırışlara qurban verilməməsi üçün gərəkli olduğunu bildirib:
“Qarabağ müharibəsi bir daha göstərdi ki, regionumuzdakı geosiyasi çağırışlar uzun zaman davam edəcək və gözəl günlərin birində gürcü dövlətçiliyi qurban veriləcək. Bu situasiyadan çıxış var, o da Gürcüstanda ABŞ hərbi bazalarının dərhal açılmasıdır.
Əks təqdirdə Qarabağ müharibəsi bir gün buraya gələcək. Biz regional partlayışın qurbanı olacağıq. Biz gərək bu çağırışlara adekvat reaksiya verək”.
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyanın Samsxe-Cavaxetiyadan olan fotonu “Cavakx” (ermənilər bu adla Gürcüstan torpağına iddia edir) adı ilə paylaşmasını Gürcüstan ciddi separatizm təhdidi kimi qəbul edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar