Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Ermənilər Qarabağa görə İspaniya-Fransa magistralını kəsiblər

24-10-2020, 16:45   



Ermənilər İspaniyadan Fransaya aparan magistralı kəsərək qondarma "Dağlıq Qarabağ Respublikası"nın tanınmasını, Türkiyənin Azərbaycana silah verməsinin dayandırılmasını tələb ediblər. 

Ermənistan mediasının yaydığı xəbərə görə, etiraz edənlər bildiriblər ki, onlar magistralı İspaniyanın əsas telekanallarından birinin canlı efirində onların etiraz aksiyasını işıqlandırmasından və tələblərinin səsləndirməsindən sonra açacaqlar. 
Ermənilər qeyd ediblər ki,ispanlar Qarabağda nə baş verdiyini bilmirlər, ona görə də bu barədə onlara canlı efirdə danışmaq vacibdir.
Qeyd edək ki, dünənə qədər "yenilməz Artsax ordusu"ndan danışarkən vəcdə gələn, "lazım gələrsə, hücum edib Gəncəni də tutacaqları" ilə hədələyən ermənilər ard-arda aldıqları hərbi məğlubiyyətlərə görə dünyanın dörd tərəfində absurd etiraz aksiyaları keçirir, gümanları gələn bütün hərbi-siyasi dairələrdən Qarabağda atəşkəsə nail olmaq üçün səy göstərmələrini tələb edirlər.
Musavat.com
 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar