Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Gürcüstan inqilaba doğru gedir? – Tbilisidə höküməti devirə bilərlər

9-11-2020, 20:42   



Gürcüstan müxalifəti Mərkəzi Seçki Komissiyasının qarşısında müddətsiz etiraz aksiyasına başlayıb.
Cebhe.info-nun məlumatına görə, bu barədə MSK-nın qarşısında keçirilən çoxminlik mitinqdə Vahid Milli Hərəkat Partiyasının liderlərindən biri Nika Meliya açıqlama verib verib.
O, birləşmiş müxalifətin adından bəyan edib ki, tələbləri yerinə yetirilməyənədək etirazçılar dağılışmayacaq. Tbilisidə və Batumidə başlanmış müddətsiz aksiyaların Gürcüstanın bölgələrində də davam etdirilməsi qərara alınıb.
Qeyd edək ki, Gürcüstan müxalifəti oktyabrın 31-də keçirilmiş parlament seçkilərinin nəticələrinin ləğv edilməsi və yeni seçkilərin keçirilməsini, Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jvaniyanın istefa verməsini, həmçinin siyasi məhbusların azadlığa buraxılmasını tələb edir. Partiya liderləri və tərəfdarları ölkədə yeni parlament seçkiləri təyin olunana qədər MSK rəhbərliyini blok etmək niyyətindədir. Müxalifət tələbləri yerinə yetirilməyəcəksə, aksiyaların miqyasını genişləndirəcəyini bəyan edib. Müxalifət açıq hava altında “Tamar Jvaniya adına saxtalaşdırma muzeyi” açıb. Oradakı banerlərdə saxta imzalar olan protokolların surətləri, həmçinin “Gürcü Arzusu” Partiyasının lehinə səs verənlərin sayı haqqında məlumatları yerləşdirilib.
“Avropalı Gürcüstan” Partiyasının funksioneri Elene Xoştariya nə mandat, nə də deputat yerləri uğrunda deyil, oğurlamağa qərar verdikləri azad seçkilər uğrunda mübarizə apardıqlarını deyib.
O, buna yol verməyəcəklərini bildirib: “İvanişvili bizimlə repressiyalar və qarşıdurmalar planlaşdırır. Biz boş qala bilmərik. Biz döyüşməyi planlaşdırmırıq. Amma azadlığımız üçün mübarizə aparmağı planlaşdırırıq. Azadlıq olmadan təhlükəsizlik, səhiyyə, koronavirus üzərində qələbə, inkişaf və təhsil yoxdur, azadlıq olmadan perspektiv mövcud deyil”, -müxalifət rəmisi belə deyib.
Nika Meliya isə saxtalaşdırmaya yol verdiyinə görə Tamar Jvaniyanın işdən çıxarılmasını tələb edib. “Biz müxalifətik, sizin adınızdan İvanişvili ilə görüşməyə və yeni seçkilər barədə danışmağa hazırıq”, -deyə VMHP-nın lideri mitinqdə bəyan edib.
Lakin hakim Gürcüntan hakimiyyəti müxalifətin şərtlərini qəbul etmək niyyətində görünmür. Sabiq Baş nazir, “Gürcü Arzusu” Partiyasının liderlərindən biri İrakli Kobaxidze müxalifətin heç bir siyasi resursunun olmadığını söyləyib.
“Əslində, bu aksiyada koronavirusun yayılma riskindən başqa heç bir risk yoxdur. Virusu artıq Batumidən ixrac etdilər. Təəssüf ki, indi Tbilisidən digər bölgələrə gətirməyi planlaşdırırlar. Beləliklə, onlar bir daha üzlərini göstərdilər və vətəndaşlarla maraqlanmırlar. Koronavirusun yayılması planından başqa, təbii olaraq planlarının reallaşması nəzərdə tutulmayıb” - Kobaxidze müxalifətin tələbinə belə cavab verib.
Müxalifətin artan etirazlarına hakimiyyətin laqeydliyi Gürcüstanda siyasi qütbləşmənin dərinləşdirir. Kobaxidzenin açıqlaması da göstərir ki, “Gürcü Arzusu” müxalifətin mövqelərinin zəifləyəcəyini və parlamentdəki mandatların sayı ilə barışmaq məcburiyyətində qalacağını düşünür. Bu isə müxalifətin yaratdığı siyasi koalisiyanı nə qədər qoruyub saxlamasından asılıdır. Hələlik seçkilərin nəticələri ilə razılaşmayan partiyaların birliyini qoruyub saxlaması müxalifətin mövqeyini gücləndirir. Bu həm də aksiyalarda müxalifətin sosial bazasının genişlənməsini təmin edir. Lakin İvanişvili iqtidarının etirazları yatırtmaq üçün taktiki gediş imkanları qalır. Hakimiyyət MSK sədrini istefaya göndərməklə və siyasi məhbusları azadlığa buraxmaqla kompromis görüntüsü yarada bilər. Seçkilrin nəticələrinin ləğv ediləcəyi və yeni seçkilərin keçirilməsi isə inandırıcı görünmür.
Çünki “Gürcü Arzusu” təkbaşına hökuməti formalaşdırmaq üçün lazım olan 76 deputat yerindən 75-ə sahib olub. İndi iqtidar partiyasına cəmi bir mandat lazımdır. Ancaq müxalifətin noyabrın 21-də keçiriləcək seçkiləri boykot etməsi “Gürcü Arzusu”nu bu imkandan məhrum edir. Nəticədə, Gürcüstanda hakimiyyət böhranı baş verə bilər. Müxalifət də İvanişvilini məhz bu zəif bəndindən tutaraq məğlub etməyə çalışır. Çox güman ki, Gürcüstan hökuməti 2019-cu ilin iyun ayında olduğu kimi, aksiyaların qarşısını güc yolu ilə almağa cəhd edəcək. Bu üsul nəticə verməsə, o zaman hakimiyyət razılaşma yolunu seçə bilər. Belə ki, inqilabi proseslərin qarşısını almaq üçün “Gürcü Arzusu”nun kompromis variant kimi müxalifət partiyalarından biri ilə müvəqqəti koalisiyalı hökumət quracağı istisna olunmur. Bu həm də müxalifət düşərgəsində siyasi parçalanmanı təmin etmiş olar. Əks təqdirdə, seçkilərdən sonra legitim inzibati resursları zəifləmiş İvanişvili komandasının birləşmiş müxalifətə qalib gəlməsi asan olmayacaq.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar