Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Moldovada qeyd edilən qələbə tədbiri

11-11-2020, 09:06   


Cari ilin 10 noyabr tarixində Moldova sakinləri paytaxt Kişineu şəhərinin mərkəzi
meydanında Ştefan Çel Marenin abidəsi önünə toplşaraq, illərdir davam edən
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində Azərbaycanın tarixi qələbəsini
qeyd etmişdir.
İlk öncə, səfir Q.Osmanov çıxış edərək ölkəmizin əldə etdiyi şanlı qələbə
münasibətilə azərbaycanlıları təbrik etmiş, Azərbaycanın ərazi bütövlüyünün bərpa
edildiyini, bu böyük zəfərin xalqımıza və dünya azərbaycanlılarına bəxş etdiyi qürür və
fəxarət hissinin əvəzsiz olduğunu dilə gətirmiş, Qarabağ qələbəsinin ölkəmizin
rəhbərliyinin səriştəsi, milli ordumuzun gücü və xalqın dəstəyi nəticəsində əldə
olunduğunu vurğulamışdır.
Daha sonra Moldovalı deputat Sergiu Sirbu çıxışında azərbaycanlıları bu
əlamətdar hadisə ilə bağlı təbrik etmiş, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi
ilə bağlı əldə edilən uğurun digər oxşar münaqişələrin həlli yolunda da nümunə
olacağına ümid etdiyini bildirmişdir.
Meydana toplaşanlar arasında qardaş Türkiyənin Moldovadakı Səfirliyinin
əməkdaşları da nitq söyləyərək soydaşlarımızı ölkəmizin hərb və siyasət meydanında
əldə etdiyi şərəfli qələbəyə görə təbrik etmişdir.
Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov Azərbaycanın
əldə etdiyi uğurlar və bu böyük zəfər gününün bütün həmyerlilərimizi bir araya gətirərək
bir yumruq ətrafında sıx birləşməsinə və daha da güclənməsinə səbəb olduğunu
bildirmişdir. MAK-ın gənc istedadlı üzvləri ölkəmizin həqiqətlərini, siyasi və hərbi sahədə
qazandığı qələbə barəsində rumın dilində nitq söyləyərək Moldova ictimaiyyətini
məlumatlandırmışdır. Bundan əlavə, Moldovada Azərbaycan icmasının ağsaqqalı Firuz
İsayev təbrik nitqi söyləyərək Kişineu meydanında keçirilmiş tədbirin ilk hissəsini
yekunlaşdırmışdır.
Qeyd edək ki, tədbirin sonunda Moldovanın bir sıra xəbər agentlikləri və
telekanallarının iştirakı ilə səfir Q.Osmanov tərəfindən mətbuat brifinqi keçirilmişdir.
Brifinqdə səfir Moldova ictimaiyyətinə Azərbaycanın şanlı qələbəsi və ölkəmizim haqlı
mövqeyini əks etdirən məlumatlar vermiş, yerli jurnalistləri maraqlandıran sualları
cavablandırmışdırş
Daha sonra həmin gün zəfər tədbirinin iştirakçıları Türkiyənin Moldovadakı
Səfirliyinə gedərək Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün vəfatının
ildönümü münasibətilə büstü önünə gül dəstələri qoymuş, görkəmli şəxsiyyətin fəaliyyəti
ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Tədbir Moldovadakı səfirliyimizdə davam etdirilərək ulu öndər Heydər Əliyevin
büstü önünə gül dəstələri qoyulmuş, müstəqil Azərbaycanın qurucusu və xilaskarı olan
ümummili liderimizin xalqımız və dövlətçiliyimiz qarşısındakı misilsiz xidmətlərindən
söhbət açılmışdır.
Qələbə münasibətilə Səfirlikdə bayram ziyafəti təşkil edilmiş, tədbir iştirakşılarına
milli mətbəxə məxsus şirniyyatlar təqdim edilmiş, həmvətənlərimiz Azərbaycanın xalq
rəqslərinin sədaları altında rəqs etmiş, vətənpərvərlik şeirləri və çıxışları söyləmişdir.
Tədbir Kişineu şəhərində Azərbaycanın ərazi bütövlüyünün bərqərar olmasına həsr
edilmiş təntənəli qələbə atəşfəşanlığı ilə yekunlaşdırılmışdır.
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar