Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Paşinyan arvadına görə erməni generalı qovub – Ermənistanda yeni qalmaqal

16-11-2020, 09:30   


Müharibənin ilk günlərindən Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Dağlıq Qarabağda idi.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu "İzvestiya" qəzeti redaksiyasının direktorlar şurasının sədri, "News Media" nəşriyyatının baş direktoru və prezidenti Aram Qabrelyanov “Soloviev Live”ın efirində söyləyib.
“Bu qadın ordudan, hərbdən bir şey başa düşürmü? Bütün heyət iclaslarında oturub dinləyirdi. Bir general ona dedi: "Bura baxın, siz qadınsınız, iclası tərk edin, otaqdan çıxın, bizi burda narahat etməyin". Paşinyan oraya zəng vuraraq Artsaxın prezidentinə (Dağlıq Qarabağın qondarma prezidentinə-musavat.com) belə dedi: “Bu generalı qovun. Həyat yoldaşımla kobud danışıb". Qabrelyanov deyib ki, bu, bir axmaqlıqdır.
Bundan əlavə, Nikol Paşinyan Qarabağdakı hərbi iclasın iştirakçılarına qoşulduqda və Ermənistanın keçmiş prezidenti Robert Köçəryanla keçmiş müdafiə naziri Seyran Ohanyanın orada olduğunu görəndə, görüşün Köçəryan və Ohanyanın “yığıncaqdan kənarlaşdırılmasına” qədər baş tutmayacağını söyləyib. Aram Qabrelyanov, WarGonzo layihəsinin müəllifi, rus jurnalist Semyon Pegovla bağlı başqa bir olay barədə də danışıb.
Пашинян велел президенту Арцаха уволить генерала, грубо поговорившего с его  женой
Nəşriyyatın yazdığına görə, rus jurnalisti Semyon Peqov Robert Köçəryanın Qarabağa gəlişini yazandan 20 dəqiqə sonra Qondarma Dağlıq Qarabağ Prezidentinin mətbuat katibi ona zəng edərək jurnalisti geri göndərdiklərini bəyan ediblər. Buna Peqovun Köçəryanın gəlişinə dair qeydləri səbəb olub.
 
Musavat.com

 
 

Facebook
Bizim Facebook səhifəmizə abunə olun

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar