Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ-da COVID-19-dan rekord ölüm - "Ən pisi hələ qabaqdadır"

3-12-2020, 12:19   

Dekabrın 3-də BMT Baş Məclisinin xüsusi sessiyasında 100-dək dünya lideri və onlarla nazir videoəlaqə vasitəsilə COVID-19-la mübarizədən danışacaqlar
Dekabrın 2-də Birləşmiş Ştatlarda koronavirusdan rekord ölüm qeydə alınıb.
Hazırda ABŞ-da 100 mindən çox insanın COVID-19 diaqnozu ilə xəstəxanaya yerləşdirildiyi bildirilir. Bu rekord rəqəm ölkə boyunca xəstəxanaları, tibb işçilərini təzyiq altında saxlayır.
“Ən çətin zaman olacaq”
Bir günə ölü sayı 2 min 733 nəfər olub, yoluxmalar 200 minə yaxınlaşıb. Son bir həftədə təsdiqlənmiş yoluxmaların 1 milyonu keçdiyi xəbər verilir.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin başçısı Dr. Robert Redfild dekabrın 2-də xəbərdarlıq edib ki, ən pisi hələ qabaqdadır.
“Reallıq odur ki, dekabr, yanvar və fevral çətin keçəcək. Əslində inanıram ki, bu aylar ölkəmizin ictimai səhiyyə tarixində ən çətin zaman olacaq”, – Redfild deyib.
O xəbərdarlıq edir ki, fevraladək COVID-19-dan ölü sayı 450 minə çata bilər. İndiyədək isə ölkədə xəstəlikdən 273 min nəfər vəfat edib.
Şükranlıq bayramından sonra yoluxmaların artacağı proqnozlaşdırılırdı. Üstəlik, qarşıdan Milad və Yeni il bayramları gəlir.
“Daha 250 min nəfər vəfat edə bilər”
Yeni prezident seçilmiş Co Bayden pandemiyanın ziyan vurduğu işçilərə yardım vəd edib.
“Milad daha çətin keçəcək. Heç kəsi qorxutmaq istəmirəm, amma faktları anlayın – yanvaradək daha 250 min nəfər vəfat edə bilər. Məni eşidirsiz?” – Bayden deyib. Ancaq onun rəqəmlərlə bağlı niyə bu qənaətə gəldiyi bəlli deyil.
Ştat və federal hakimiyyət orqanları bir sıra qadağalar tətbiq edirlər.

Dekabrın 3-də BMT Baş Məclisinin xüsusi sessiyasında 100-dək dünya lideri və onlarla nazir videoəlaqə vasitəsilə COVID-19-la mübarizəni müzakirə edəcəklər.
İclasdan öncə BMT-nin İnkişaf Proqramı xəbərdarlıq edib ki, 2030-cu ilədək, koronavirus pandemiyasının uzunmüddətli təsirlərindən dolayı 1 milyarddan çox insan həddən artıq yoxsulluq içərisində yaşaya bilər. Hesabata görə, dünya özünə gəlməzsə, iqtisadi böhran qalarsa, daha 207 milyon nəfər yoxsulluğa yuvarlana bilər.
Dünya üzrə virusdan 1.5 milyondan çox insan vəfat edib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar