Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Kasıbların vaksinsiz qalmaq riski var

9-01-2021, 14:19   


Dünya Səhiyyə Təşkilatının (DST) rəhbəri ötən gün yanvarın 8-də deyib ki, aşağı və orta gəlirli ölkələrin koronavirus vaksini ilə təchizatında “aşkar problem” görünməkdədir. Tedros Adanom Gebreyesus bununla əlaqəli olaraq ölkələri vaksin istehsalçıları ilə ikitərəfli kontraktlardan çəkinməyə çağırıb. O deyib ki, koronavius vaksinləri ilə daha çox təchiz edilən zəngin ölkələrdr. DST rəhbəri bu vəziyyəti “vaksin millətçiliyi” adlandırıb.
Tedros Gebreyesus bildirib ki, heç bir ölkə müstəsna deyil və bəzi ölkələrin ümumiyyətlə vaksinsiz qalmasına yol vermək olmaz. O ölkələri və vaksin istehsalçılarını ikitərəfli müqavilələr bağlamaqdan çəkinməyə və lazım olduğundan artıq vaksin sifariş edənləri izafi peyvəndin COVAX vaksinpaylaşma sisteminə verilməsinə çağırıb.

DST rəhbəri konkret ölkə adı çəkməsə də, Avropa İttifaqı Pfizer və BioNTech şirkətləri ilə əlavə olaraq 300 milyon doza üçün müqavilə bağladığını elan edib. Bu, 2021-ci ildə sözü gedən şirkətlərin vaksin məhsulunun yarısının Avropa İttifaqına çatacağı deməkdir.
Son zamanlar ölkələrin vaksin əldə etmək üçün cəhdləri intensivləşib. Bu həm də koronavirusun Cənubi Afrika Respublikasında və Britaniyada aşkar edilmiş yeni ştammının sürətlə yayılması ilə bağlıdır. DST-nin fövqəladə hallar direktoru Mayk Rayan deyib ki, hansı ölkədə olmalarından asılı olmayaraq ilk növbədə risk qrupunda olanlar və tibb işçiləri peyvəndlənməlidir. DST habelə vaksin istehsalçılarını ən son məlumatları verməyə çağırıb. Bu, vaksinlərin paylaşılması üçün xüsusilə mühümdür.

Bu həftənin əvvəllərində DST bildirmişdi ki, COVAX sistemi 2021-ci il üçün lazım olan 7 milyard dolların 6 milyardını toplaya bilib. Həmin məbləğ inkişafda olan və daha az imkanlı 92 ölkənin vaksinlərlə təminatı üçün nəzərdə tutulub.
Reuters agentliyi yazır ki, indiyədək Britaniya, Avropa İttifaqı, ABŞ, İsveçrə və İsrail kimi zəngin dövlətlər vaksin almaq növbəsində birinci olublar.Söhbət Pfizer, BioNTech, Moderna və AstraZeneca vaksinlərinin alınmasından gedir.
Hazırda bütün dünyada 88 milyon insanın yeni tip koronavirusa yoluxduğu, bunlardan 1.9 milyon nəfərinin öldüyü xəbər verilir. Son həftələrdə bir çox ölkələrdə koronavirusa yoluxma halları sıçrayışlı şəkildə artıb, amma xəstəliyə qarşı vaksinlərin istehsal sürəti hələ də kafi deyil. Azərbaycan da bu günlərdə koronavirusa qarşı kütləvi peyvəndləmə kampaniyasına başlamağa hazırlaşır. Azərbaycanın səhiyyə rəsmiləri Çinin “Sinovac” şirkətinin istehsalı olan vaksinlərin istifadə olunacağını bildirir. Bu pereparatlar Türkiyə şirkəti üzərindən sifariş verilib.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar