Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: anaxeber.az@gmail.com

ABŞ-dan İRANA QARŞI SENSASİON İTTİHAM:"Tehranda "Əl-Qaidə"nin bazası var"

14-01-2021, 10:31   

Dünyanın ən təhlükəli cihadçı terror təşkilatlarından biri nəinki yoxa çıxa, ağıla gəlməyən bir müttəfiqi sayəsində yenidən canlanmağa başlaya bilər.
Strateq.az “Amerikanın Səsi”nə istinadla xəbər verir ki, ABŞ dövlət katibi Mayk Pompeo çərşənbə axşamı sensasion bəyanatla çıxış edib. O deyib ki, ABŞ-ın 2001-ci il 11 sentyabr tarixində Nyu Yorkdakı Dünya Ticarət Mərkəzinə və Pentaqona hücumlar həyata keçirən Əfqanıstandakı “Əl-Qaidə”ni hədəf almasından, təxminən, iyirmi il sonra bu terror qruplaşması özünə yeni bir “ev” qurub.
“”Əl-Qaidənin yeni bir bazası var, bu, İran İslam Respublikasıdır” – deyə, Pompeo Vaşinqtondakı Milli Mətbuat Klubundakı çıxışı zamanı bildirib.
“Tehran “Əl-Qaidə”yə vəsait toplamasına, dünyadakı “Əl-Qaidə” üzvləri ilə sərbəst ünsiyyət qurmasına və əvvəllər Əfqanıstandan və ya Pakistandan idarə olunan bir çox funksiyanı yerinə yetirməsinə imkan verib. Bu yardımlar nəticəsində “Əl-Qaidə” liderliyini Tehranda mərkəzləşdirib” – deyə, o əlavə edib və İranı terror qruplaşmasının yeni “əməliyyat qərargahı” kimi xarakterizə edib.
ABŞ prezidenti Donald Trampın prezidentlik vaxtının azaldığı bir vaxt Birləşmiş Ştatların baş diplomatının xəbərdarlığı Tramp administrasiyanın diqqətini yenidən İrana qaytarıb.
Bu, eyni zamanda son bir neçə ayda administrasiyanın digər rəsmiləri tərəfindən “Əl-Qaidə” ilə bağlı qiymətləndirmələrindən təəccüblü bir dəyişikliyi də təmsil edir.
Dövlət Departamentinin Terrorla Mübarizə Koordinatoru, səfir Natan Seyls keçən ilin noyabr ayında virtual bir forumda “Şübhəsiz ki, “Əl-Qaidə”nin durumunun ağır olduğunu düşünürəm” deyib.
ABŞ-ın Milli Təhlükəsizlik müşaviri Robert Obrayen də eyni dərəcədə nikbin idi. Bir gün əvvəl o, ABŞ-ın “Əl-Qaidə”yə qarşı göstərdiyi təzyiqlər səbəbindən bu təşkilatın ABŞ-a qarşı genişmiqyaslı hücumlar həyata keçirmək iqtidarında olmadığını deyib.
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar