Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ABŞ İranın üzərinə bombardmançı təyyarələr göndərir - müharibə riski artır

19-01-2021, 09:11   



Fars körfəzində yüksələn gərginliyin pərdəarxası və perspektivi

İran ətrafında gərginlik Baydenin andiçmə mərasimi öncəsi yenidən yüksəlib. Son həftələrdə ABŞ və İsrailin Fars körfəzinə yeni hücum silahları göndərməsi xəbərlərinin fonunda bazar günü ABŞ-da məxsus iki «B-52» strateji bombardmançı təyyarənin İsrailin üzərindən Fars körfəzi istiqamətində uçduğu haqda xəbərlər yayılıb.
İsrail mediasının yazdığına görə, bu, son bir həftə ərzində ABŞ-ın Fars körfəzi regionuna göndərdiyi 5-ci «B-52» bombardmançı qrupudur.
Bundan əvvəl Pentaqon açıqlamışdı ki, regiona strateji bombardmançıların göndərilməsi ABŞ-ın İranı Yaxın Şərq regionundakı Amerika hədəflərinə mümkün hücumlardan çəkindirmək məqsədi daşıyır. ABŞ Müdafiə Nazirliyi bundan əvvəl Tehranın “hansısa plan hazırladığı” barədə xəbərdarlıq edib.
US bombs pro-Iran militant group in Iraq, Syria in retaliation for rocket  attack
Yeri gəlmişkən, ötən həftə İran ordusu Fars və Oman körfəzlərini də əhatə edən “Böyük Peyğəmbər” təlimlərinə start verib. Əsasən raket və PUA-ların iştirak etdiyi təlimlər zamanı atılan raketlərdən ikisi ötən gün Hind okeanında hərəkət edən “USS Nimitz” təyyarədaşıyan gəmisinin 160 kilometrliyinə düşüb. Amerikanın FOX xəbər kanalının məlumatına görə, raketlərdən biri isə ərazidə üzən ticarət gəmilərindən birinin “çox yaxınına” düşüb. İranın «Tasnim» xəbər agentliyi təlimlər zamanı atılan raketlərin 1800 kilometr məsafəyə uçduğunu yazıb.
Bütün bunlar ABŞ-da yeni seçilmiş prezident Baydenin andiçmə mərasimi ərəfəsində baş verir. Məlum olduğu kimi, Bayden prezident kimi əsas fəaliyyətlərindən biri kimi, İranla nüvə müqaviləsini bərpa edəcəyini bəyan edib. Amma belə görünür, bu o qədər də asan olmayacaq.
Iran attack: US-Iran tensions rise after Trump-ordered attack - Vox
Məsələ ondadır ki, indi ABŞ-ın bir sıra müttəfiqləri Vaşinqtonla Tehran arasında nüvə sazişinin bərpasına isti yanaşmır. Bunları iki qrupa bölmək olar. Birincisi, ABŞ-ın region müttəfqiləridir. Bunlar başda İsrail olmaqla, BƏƏ, Səudiyyə Ərəbistanı kimi ərəb ölkələrdir. Bu ölkələrin İranla ciddi münaqişələri var, aydın məsələdir ki, İran qarşısında əsas dayaqları ABŞ-dır. Vaşinqtonun İranla barışığa getməsi bu ölkələri narahat edir, çünki söhbət təkcə nüvə məsələsindən getmir. Həm də İranın Yaxın Şərqdəki hərbi-siyasi fəallığından gedir. Təbii ki, ABŞ-ın dəstəyi olmadan bu ölkələr İran qarşısında regional rəqabətdə uduzacaq. Bu səbəbdən də İsrail və bir neçə ərəb dövləti İranla ABŞ arasında barışıqdan narahatdır, ən azı ciddi məhdudlaşdırıcı sazişlər olmadan.
Digər narazı qrup isə Avropadadır. Daha dəqiqi, Britaniya və Fransadır. Əlbəttə, bu iki ölkəni İran mövzusu birbaşa təhdid etmir. Ancaq hər iki ölkənin Yaxın Şərq regionunda fəaliyyətləri və maraqları mövcuddur. Digər tərəfdən, Vaşinqton və Tehranın barışması bu ölkələrin regiondakı mövqelərini zəiflədə bilər.
Məsələn, nə qədər qəribə də görünsə, Tehranla hər zaman isti münasibətləri olan Fransa Trampın getdiyi, Baydenin gəldiyi ərəfədə İranın nüvə fəaliyyətini ciddi şəkildə tənqid edib. Fransa xarici işlər naziri Jan-İv Le Drian şənbə günü “Journal du Dimanche” qəzetinə verdiyi müsahibədə İranın nüvə silahlarını qabiliyyətini artırdığını və Vaşinqtonun 2015-ci il nüvə anlaşmasına qayıtmasının vacibliyini vurğulayıb.
Zarif: If US exits nuclear deal, Iran likely will too | The Times of Israel
Buna cavab olaraq İran XİN başçısı Məhəmməd Cavad Zərif fransalı həmkarının açıqlamasını “absurd cəfəngiyyat” adlandırıb. Eyni zamanda o, Fransanın Səudiyyə Ərəbistanına silah satmasını xatırladaraq Fransanın Yaxın Şərqdə qeyri-sabitliyə səbəb olduğunu bildirib.
Bu arada İsrail mediası ABŞ-ın yeni prezidenti Cozef Baydenin komandasının İranla nüvə danışıqlarına başladığı haqda xəbər yayıb. İddiaya görə, Baydenin kabinetindən olan bəzi yüksək rütbəli məmurlar İranla gizli danışıqlar aparır. Ancaq Vaşinqtonun yeni administrasiyası İsrailin “Kanal-12" televiziyasının bu iddiasını təsdiqləməyib. Kanal iddia edib ki, Bayden administrasiyası bununla bağlı İsrail tərəfini məlumatlandırıb. O da qeyd olunur ki, İsrail kəşfiyyat xidməti Mossadın rəhbəri Yossi Kohen Tramp komandası və Baydenin yeni administrasiyası ilə danışıqlar aparmaq üçün Vaşinqtona gedib.
US senators slam WH briefing on Soleimani: All the latest updates |  Soleimani assassination News | Al Jazeera
Məsələ ondadır ki, İsrail və ABŞ-ın Yaxın Şərq ərəb müttəfiqləri Vaşinqtonun İranın yalnız nüvə fəaliyyətlərini deyil, eyni zamanda regionda silahlı qruplara verdiyi dəstəyi və ballistik raket istehsalı fəaliyyətlərini də məhdudlaşdırmasını istəyir. Prezident Donald Trampın 2018-ci ildə İranla nüvə sazişindən çıxanda göstərdiyi səbəblər sırasında məhz bunlar vardı. Vaşinqton nüvə fəaliyyəti ilə yanaşı, İranın Yaxın Şərqdəki silahlı qruplara (onların əsas hədəfi İsrail və ABŞ-ın digər yerli müttəfiqləridir - K.R.) dəstəyini və ballistik raket istehsalını dayandırmasını istəyir. Tehran isə Vaşinqtonun sazişdən çıxmasına və İrana qarşı yeni sanksiyalar tətbiq etməsinə cavab olaraq 2015-ci il nüvə anlaşmasında yer alan bəzi maddələrdən çıxdığını bəyan edib. Bu ilin yanvarında isə Tehran uranın zənginləşdirilməsi fəaliyyətini 20 faizə qaldıracağını elan edib.
How Biden might tackle the Iran deal - Axios
20 yanvarda vəzifəsinə başlayacaq ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden sanksiyaların ləğvi müqabilində nüvə fəaliyyətlərinə sərt cilovlar qoyan müqaviləyə “İran ciddi şəkildə uyğunlaşmağa davam edərsə”, ABŞ-ın razılığa qayıdacağını vəd edib.
Lakin ötən 3 il ərzində Vaşinqton İrana qarşı sanksiyaların sayını və miqyasını xeyli genişləndirib, general Qasim Süleymani sui-qəsdi iki ölkə münasibətlərinə ciddi yara vurub. Belə bir vəziyyətdə yenidən masaya qayıdıb danışıqları bərpa etmək zaman alacaq. Üstəlik, Vaşinqton region müttəfiqlərinin tələblərini nəzərə almalı olacaq. Tehran isə nüvə fəaliyyətini, raket sınaqlarını genişləndirməklə “masaya əlidolu” qayıtmaq istəyir.
Hazırda davam edən “maksimum təzyiq” siyasəti isə hər iki tərəfin mövqeyini gücləndirmək cəhdidir. Yəni hər kəs başlayacaq danışıqlarda masaya əlini gücləndirib əyləşmək istəyir. Ancaq körfəzdə artan gərginlik toqquşma riskini də yüksəldir. Körfəzdə “səhvən düşən” raket və ya İsrailin İranın nüvə obyektlərinə zərbəsi bir anda müharibəni alovlandıra bilər. Region isə indi belə bir müharibənin yükünü daşımağa hazır deyil.
Kənan RÖVŞƏNOĞLU,
“Yeni Müsavat”
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar