Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

AŞ Baş Katibi "dərin narahatlıqlara" görə İlham Əliyevə zəng edib

12-08-2013, 10:13   
AŞ Baş Katibi "dərin narahatlıqlara" görə İlham Əliyevə zəng edibAvropa Şurasının Baş katibi Thorbjorn Jagland telefon vasitəsilə Azərbaycanda hüquq müdafiəçilərinin həbsi ilə bağlı narahatlıqlarını bildirib, rəsmi bəyanatda deyilir.

"Bu gün səhər saatlarında Azərbaycan prezidenti Əliyevlə telefon danışıqlarında ona dərin narahatlıqlarımı bildirdim", bəyanatda deyilir.

"Biz qərara gəldik ki, Prezident Administrasiyası ilə vətəndaş cəmiyyəti arasında 2005-ci ildə qurulmuş və 2008-ci ilədək fəaliyyət göstərən birgə Komitə yenidən təşkil ediləcək və bu Komitədə Avropa Şurasının nümayəndəsi iştirak edəcək".

AŞ prezidentinin bəyanatına görə, görüş "mümkün qədər tez müddətdə həyata keçiriləcək".

İyulun 30-dan hüquq müdafiəçisi Leyla Yunus və həyat yoldaşı Arif Yunus, QHT rəhbəri Rəsul Cəfərov və vəkil İntiqam Əliyev həbs olunub. Bəzi qeyri-həkumət təşkilatlarının bank hesablarına həbs qoyulub.

Bir çox beynəlxalq təşkilat həbsləri pisləyib və bunu təzyiq kimi qiymətləndirib.

Bu tənqidlərə cavab verən Azərbaycan rəsmisi isə, beynəlxalq təşkilatları ölkənin işlərinə qarışmaqda ittiham edib.

"Azərbaycan müstəqil dövlətdir, öz daxili işlərinə hər hansı kənar müdaxilələri qəbul etmir və etməyəcək”, Azərbaycan prezidentinin sözçüsü Əli Həsənov deyib.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar