Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azadlıq bizim haqqımızdır

17-09-2013, 14:25   
Azadlıq bizim haqqımızdırAzərbaycan hazırda ciddi dəyişikliklər astanasındadır. Dünyada baş verən qlobal proseslərə qoşulmaq zorundadır. Hətta bu ölkəni idarə edənlər istəməsələr, ciddi müqavimət göstərsələr belə, bunun heç bir faydası olmayacaq və bu qlobal dəyişikliklərin ölkəmizdə baş verməsi qaçılmaz olacaq. Ona görə də hazırkı kürəsəlləşmə prosesi harada olmasından asılı olmayaraq, dəyişən zamana uyğun olaraq özünü dəyişməyi bacarmayanları məhv edib tarixin qanlı arxivinə atacaq. Dünyanın inkişaf fəlsəfəsindən indiki zamanda az – çox normal baş çıxaran insanlar isə, - istər hakimiyyət düşərgəsində olsun, istərsə də müxalifət - bu dəyişikliklər prosesinin nə ilə nəticələnəcəyini başa düşüb həyəcan təbili çalırlar. Amma bunlardan tam fərqli dəhşətli böyük əksəriyyət də var ki, hələ də heç nəyi dərk etmək istəmirlər, heç kimi eşitmirlər, hətta Allahı da yaddan çıxarıblar və millətə mənsub olan, xidmət etməli olan hakimiyyətin nəyi varsa, onun hamısını özlərinin sərsəm arzu, maraq və istəklərini həyata keçirməyə yönəldiblər. Bax, insanda dəhşət doğuran hal da elə budur, M.Ə. Sabir demişkən: "... Mən salim olum, cümlə cahan batsa da, batsın!”
Ən böyük milli bəlalarımız isə bir – birimizi eşitmək istəyimizin olmamasıdır, bir – birimizə qarşı hörmət etmək hissini itirməyimizdir, qarşılıqlı mədəni davranışdan imtinamızdır, nəzakət nümayiş etdirmək əvəzinə bir – birimizə kobud şəkildə aqressivləşməyimizdir, hər birmizin digərimizə mərhəmətlə qayğı göstərmək kimi yüksək humanist hisslərdən özümüzü məhrum etməyimizdir! Sanki, biz həmişə hər şeyin yaxşısından danışmaq məharətinə yiyələnib, oğurluq, riyakarlıq, yalançılıq, tamahgirlik, rəzillik, rüşvətxorluq kimi pis əməlləridən beşəlli yapışmağa vərdiş etmişik, kişilikdən dəm vura - vura kişiyə hörmətsizlik və şərəfsizlik gətirən əməllərdən çəkinməmişik. İçimizdə daim aç qurd ulayıb, çölümüzün məzlum, qoyun maskasını hədsiz cazibədar etməklə nadanlığımızın, əyrilərimizin üstünə örtük çəkməyin ən uğurlu üsullarına əl atmaqdayıq! Hakimiyyətdə oturanlarımız orta əsr xanlarından da cılız, məhdud düşüncə və təfəkkür tərzi nümayiş etdirib, utanıb çəkinmədən " müxalifət liderləri rayonumuza gəlsə, onları döyəcəyik!”- deyirsə və belə məqamda müxalifətdəkilər bir yumruq kimi birləşə bilmirsə, buları da milli birliyin olmamsının əlaməti kimi, kimin ayağına və adına yazaq?!
Hazırda Koroğlu nəslini qırııb qurtarmaqla fəxr edirik. Hakimiyyətdə əyləşmiş bəzi "boşboğaz filosoflar” isə, cəsarətli insanları sıradan çıxarmaqla qürrələnərkən, dərk etmirlər ki, mill Keçəl Həmzələrin ən yeni modern nəslini yetişdirməklə uzağa getmək çətindir. "lazım gələndə” düşmənlə başlayacağımız müharibə zamanı erməninin qarşısına çıxmağa gücü çatmayan ən yeni əfəl, milli düşüncə və əxlaq tərzindən bixəbər nəsl tərbiyə etəməklə, həm millətin, həm də özümüzün gələcəyimizi məhv etməklə məşğul olduğumuzu sanki qanmırıq! Sovet dönəmində uşaqlarımızı digər xalqlar və ən azı düşmənimiz ermənilər kimi, hərb elminin sirrlərinə yiyələndirmək üçün zabitlər məktəblərinə göndərmək əvəzinə hərbi xidmətə gedənlərimizin yalnız "stroybatda”, yeməkxanalarda qulluq etməsinə çalışırdıqsa, indinin özündə isə uşaqlarımızı düşmən qarşısına çıxmaqdan yayındırmaq üçün onların döyüş bölgəsinə düşməməsi naminə valideynli – hakimiyyətli minbir oyundan çıxıb, ən kiçik dəlik sayılan iynənin ulduzundan belə keçməyə əl atmırıqmı?!...
Nəhayət, dünyada bir nida var: "AYAĞA QALX, MİLLƏT GƏLİR! Bu nida qarşısında indiyədək heç bir varlıq duruş gətirməyib, bundan sonra da duruş gətirə bilməyəcək! Nə qədər ki, azərbaycan xalqı öz dövlətinə sahiblik edə bilmir, nə qədər ki, Azərbaycan dövlətini bir ailənin və dağıdıcı tayfanın girovluğundan qurtarmağı bacarmayıb, bu millət heç zaman millət olduğunu dünyaya sübut edə bilməyəcək! Milli birlik əldə olmayınca isə, milli dövlətdən danışmağa dəyməz, indiki kimi, adı millətin, sərvəti və bütün ixtiyarı xırda bir qrupun və irticanın əlində!!!
Vüsalə Əlikramova
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar