Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ADP üzvləri Vəhşicəsinə döyüldülər

21-09-2013, 18:34   
ADP üzvləri Vəhşicəsinə döyüldülərAzərbaycanda prezident seçkiləri yaxınlaşdıqca istər müxalif cəbhədə istərsədə iqtidar cəbhəsində hərəkətlilik müşayət olunmaqdadlr. Bəzi müxalif partiyalar öz seçki kampanyasını dahada adekvat dahada güclü qurmaq üçün öz üzvülərini bu yöndə cəlb etmişlər.Onuda qeyd edim ki müxalifətin bu cür təbliğat və təşviqat kampaniyalari Azərbaycan hökümətini narahat etməyə bilmir.Bu günlərdə Azərbaycan demokrat partiasınin yaydığı məlumatda bildirilir ki ADP –nin üç fəal üzvü olan Vüsalə Əlikramova, Məmmədəli Balayev və Aslan Kərimov mülki geyimli şəxslər tərəfindən vəhşicəsinə döyülmüşlər.
Azərbaycan Demokrat Partİyasının yaydığı məlumatda bildirlir ki,partiya üzvüləri olan Vüsalə Əlikramova Məmmədəli Balayev və Aslan Kərimov 20 sentiyabr 2013 tarixində metronun Memar Əcəmi yaxınliğinda gediş gəlişin intensiv olduğu ərazidə partiya lideri Sərdar Cəlaloğlunun təbliğat kampanyasını aparmaqla yanaşı insanlara mintinqə çağrış bukuletləri paylayırlarmış.Hadisə şahidi digər ADP üzvü olan Rübail Əliyevin mətbuat xidmətinə verdiyi məlumata görə bu zaman " Ceep”markali maşından enən alti mülki geyimli şəxs seçki təbliğati ilə məşqul ADP üzvülərinə nalayiq sözlərlə təhqir edərək hücüm etməyə başladılar.Aktivisləri vəhşicəsinə döyülməsinə dözməyən ərazidən keçən insanlar müdaxilə etdikdə isə həmən” qoçu”dəstələri xalqa biz "hökümət”adamlarıyiq bunlar prezdent əleyhinə təbliğat aparirlar deyərək partiya üzvülərini döydülər.Hadisə şahidnin verdiyi məlumata görə yaxinliqda "polis post patrul” xidməti əməkdaşları olsada hadisəyə müdaxilə etmədilər.
Xatırladaq ki hər üç partiya üzvü Azərbaycan Demokrat partiyasının fəal üzvüləridir.Vüsalə Əlikramova Aslan Kərimov və Məmmədəli Balayev bir neçə miting və təbdirlərin təşkilatcıları olmuşlar.Elə bu səbəbdəndə dəfələrlə polis və mülki geyimli şəxslərin basqilarinə mərz qalışlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar