Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Masallının icra başçısı təcili Bakıya çağırıldı

1-05-2014, 17:34   
Masallının icra başçısı təcili Bakıya çağırıldı
Rafil Hüseynovdan edilən şikayətlər Prezident Aparatında qəzəbə səbəb olub

Masallının icra başçısı Rafil Hüseynov az öncə təcili olaraq Bakıya çağırılıb. Bu barədə rayondakı mənbələrdən məlumat daxil olub.

Həmin məlumatda deyilir ki, Hüseynov səhər saatlarında işdə olub və günorta vaxtı Bakıdan gələn zəngdən dərhal sonra yola çıxıb. Kifayət qədər əsəbi olan icra başçısının qəfil, xüsusən də həftənin ara günlərində paytaxta çağırılmasının hələlik dəqiq səbəbi məlum deyil. Yalnız bilinən odur ki, son bir həftə ərzində Rafil Hüseynova Prezident Admnistrasiyasından xeyli zənglər olub və onların hamısı rayon camaatının etdiyi şikayətlərlə əlaqəlidir. Hətta o da deyilir ki, PA-dan edilən hər zəngdən sonra Hüseynovun əsəbləri tarıma çəkilirmiş.

Hal hazırda Masallı İcra Hakimiyyətində də narahatlıq yaşanır. Belə ki, qurumun işçiləri Rafil Hüseynovun Bakıya işdən çıxarılması üçün dəvət edildiyi düşüncəsindədirlər.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar