Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İki oğul şəhid verən 86 yaşlı Validə ananın fəryadı: Mənim oğlanlarım medala görə vuruşmayıblar-ÖZƏL

5-09-2019, 04:02   

          İki oğlu şəhid olan, Ağdam rayonundan köçkün düşən 86 yaşlı  ana Siam.az saytına ürək dağlayan məktub göndərib. Məktubu olduğu kimi oxuculara təqdim edirik:    
Qarabağ hadisələri başlayanda oğlanlarım Aslanov Nazim Şakir oğlu qardaşı Rizvanla  birlikdə Moskva şəhərində yaxşı biznes qurmuşdular. Lakin  vətən, Torpaq, ana _bacı qeyrəti onları Qarabağa yönəltdi. Döyüşdülər,  yaralandılar, bir balaca özlərinə gələn kimi yenidən cəbhəyə qayıtdılar. VƏ qəhrəmanlıqla şəhid oldular. Onu da qeyd edim ki hal hazırda vəzifədə olan bir məmurun o vaxt girovluqda olan atasını da mənim oğlanlarım əsir götürdükləri erməni girovları ilə dəyişmişdilər. Bunu bütün Ağdam əhalisi və sağ qalan döyüş yoldaşları təsdiq edirlər. Artıq 25 ildir məcburi köçkün həyatı yaşayıram. 86 yaşım var. Şəkər xəstəsiyəm. 5 nəfər ailə üzvlərimlə 4 yol 1 qəsəbəsində bir otaqdlı evdə yaşayırıq. Bu 25 ildə heç bir aidiyyəti orqan.,rəhbər işçi xəstə, 2 şəhid vermiş ana ilə maraqlanmayıblar. Bu günə qədər müraciət edib cavab almadığım məmurlarla tanış olun: 
   Oqtay Əsədov . Ramiz Mehdiyev..Ağalar Vəliyev...Qənirə Paşayeva...Aqil Abbas..Yevda Abramov..Vahid Əhmədov..  Kəmaləddin Heydərov.    Fəttah Heydərov.    Zeynəb Xanlarova.    Rövşən Rzayev(qaçqınkom).  Zakir Həsənov.    Elmira Süleymanova.    Gövhər Baxşəliyeva.    Əli Həsənov _PA.    Ceyhun Bayramov _TN.   Mirşahin.    Əli Əhmədov _YAP.            Yeganə insan Bahar Muradovadır ki 2 məktubuma dərhal cavab verdi. Bahar xanım bir ana kimi sizə minnətdaram.  
  Oğlum Həzi      Aslanov 20 ildən artıqdır YAP _ın üzvüdür.                
 Yaşadığımız qəsəbədə evimizin yaxınlığında 18 saylı məktəb fəaliyyət göstərir. Oğlanlarımın adının əbədiləşdirilməsi üçün Bahar xanıma müraciət etdim.O da müraciətimi Təhsil Nazirliyinə göndərdi.  Sizin oğlanlarınızın fəxri adı və medalı yoxdur. Onlara düşmür. Bu da Təhsil nazirliyinin mənə cavabı.      Ceyhun Bayramov bilin ki o oğullar Qarabağın ilk şəhidlərindəndirlər. O illərdə  də fəxri adlar yox idi. Bir də bilin ki mənim oğlanlarım medala görə vuruşmayıblar. Azərbaycanda bir evdən iki oğul şəhid verən 2_3 ailə var ki .onun fa birincisi mənəm.hal hazırda  Ağdamın girəcəyində yerləşən şəhidlər abidəsinin xatirə lövhəsində 1 ci VƏ 2 ci yerdə mənim oğlanlarımın xatirə lövhəsi vurulub.                                           
Bu arada müdafiə naziri Zakir Həsənova müraciət etdim ki. Bəs mənim oğlanlarımın adını məktəbə verilməsi üçün Təhsil Nazirliyi medal tələb edir. Onlar da sizin əsgərləriniz olub. Verin onların medalların. Cavabında mənə böyük bir zərf gəldi. İçərisində 1 cümlə:  Sənədləriniz  ƏƏSM Nazirliyinə göndərildi. İmza: MN_ ideoloji iş və mənəvi psixoloji təminat idarəsinin rəisi, şəxsi heyət Baş idarəsi rəisinin müavini general  mayor Rasim Əliyev.     
  Cənab General  ƏSSM Nazirliyi medal yox.avtomobil verir ki ,onuda şəhid ailələrinə vermirlər. Hansı məmura müraciət etdim qəbz gəldi ki,məktubunuzu aldım. Cavabında isə Qanunda nəzərdə tutulmayıb yazdılar. Bir evdən 2 oğul şəhid verən ananı incitmək, narazı salmaq hansı qanunda yazılıb? O oğullar. Şəhid oldular ki siz illərlə deputat. Nazir kreslosunda əyləşəsiniz?       
Bu 2 oğul şəhid verən ananın 25 ildir çəkdiyi əzab _əziyyətin kiçik bir hissəsi idi. Ana artıq heç nə istəmir.heç nə mənə lazım deyil. Mən itirdiyimi itirmişəm. Sadəcə bir az diqqət və qayğı görmədim. Peyğəmbərimiz deyərdi: Qəlbi təmiz insanların sözləri də mehriban olar. O da kı sizdə yoxdur. Həyatda hər şey qazana bilərsiniz. Vəzifə,pul, kreslo. Ancaq insan sevgisini heç vaxt... Həyatda yazılmamış qanunlar analar üçündür.Şəhid anaları üçün. 
25 il əziyyətlə yaşayan 2 şəhid oğul anası Aslanova Validə Əli qızı.         
                                                                     
Şahin Əhmədov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar