Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Oğuzda seçkilərin nəticələrinə etiraz aksiyası

26-12-2019, 08:15   
 

Oğuz rayonunun Böyük Söyüdlü kəndinin 100-ə yaxın sakini dekabrın 25-də yerli bələdiyyə binası qarşısında etiraz aksiyası keçirərək, 23 dekabr bələdiyyə seçkilərinin elan edilmiş nəticələrindən narazılıqlarını bildiriblər.
Sakinlər bələdiyyə şurasının rəhbəri vəzifəsinə yenidən Mürvət Kərimovun seçilməsinə etiraz edirlər.
Onlar Kərimovun torpaq sahələrini kənar şəxslərə satmasından şikayət edirlər.
Kənd sakinləri bildirirlər ki, Kərimova səs verməyiblər və onun yenidən seçilməsinə təəccübləniblər. Onların sözlərinə görə, o, saxtalaşdırma yolu ilə seçilib, seçkilər günü rayon mərkəzindən kəndə gələn insanlar isə razılaşmayanları həbslə hədələyiblər.
Etirazçılar MSK-nın qaynar xəttinə şikayət etdiklərini, amma nəticə almadıqlarını bildiriblər.
Kərimov özü Turan-a bildirib ki, seçkiləri bələdiyyə keçirməyib və kimsə nəticələrdən razı deylsə, dairə seçki komissiyasına və MSK-ya müraciət edə bilər.
Oğuz-Qəbələ dairə seçki komissiyasının sədri Rəsul Cəfərov telefonla suallara cavab verməkdən imtina edib, komissiyaya gəlməyi təklif edib.
MSK-dan şərh almaq mümkün olmayıb. –21D-
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar