Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İlk kadr çatı Şamaxıda: Tahir Məmmədovla komandasının korrupsiyası - Faktlar... VİDEO

1-06-2020, 09:14   
 

[media=//www.youtube.com/watch?v=Cv0vCZkXJ1Q]

Şamaxı rayonu kadr islahatlarının ilk mərhələsində sevinənlərdən olmuşdu. İctimai Televiziyada vəzifə tutmuş Tahir Məmmədovun icra başçısı təyin olunması rayona işləməyə həvəsli bir gəncin rəhbər gətirilməsi kimi xarakterizə olunurdu.
T.Məmmədova yüksək etimad göstərilməsi, Şamaxı kimi qədim, strateji və hakimiyyət daxilində siyasi baxımdan simvolik məna daşıyan bir bölgəyə başçı təyin olunması ciddi hadisəydi. Onun üzərinə olduqca böyük məsuliyyət qoyulmuşdu.
Bu, həmin dövrə təsadüf edirdi ki, gənclərə yüksək vəzifələr verilməsi yeni başlanırdı. İctimaiyyət prezidentin qərarlarını təəccüblə qarşılayırdı.
Cəmiyyət odioz, yekəqarın, rüşvətxor, sahibkarlardan pul yığmaqdan başqa işi olmayan icra başçılarının rotasiya qaydası ilə təyin edilmələrinə vərdiş etmişdi.
Amma təməli Tahir Məmmədovla qoyulan proses Mirhəsən Seyidov, Seymur Orucov, Nahid Bağırov kimi daha da azyaşlı gənclərə icra başçısı postu həvalə olunması ilə dərinləşdi.
Anaxeber.info-nun analitik şöbəsinin qənaətinə görə, T.Məmmədov Şamaxı rayonunda ilk vaxtlarda sakit işləməyə üstünlük verirdi.
Amma bir qədər sonra sükut pozuldu, narazılıqlar, şikayətlər baş qaldırmağa başladı. Məlum oldu ki, icra başçısının ağına, qarasına, yəni yaşına baxmaq lazım deyil, əgər işini kristal şəkildə quracaqsa, hətta 75 yaşı da ola bilər.
Misal üçün Şamaxıda Əlipaşayevlər ailəsinin yaşadığı və sürüşmə zonasına yerləşən ev dağılıb. Ailə bir müddət qohumların evində yaşayıb. Elnur Əlipaşayev fövqəladə hallar naziri ilə görüşəndən sonra ailəyə çadır verilib. Üç azyaşlı və xəstə uşaq 2 ildir ki, çadırda yaşayır.
Onun sözlərinə görə, Şamaxı Rayon İcra Hakimiyyəti rəhbərliyi onu iki dəfə aldadıb: “Zəlzələdən sonra çoxmənzilli binalar tikilməyə başlandı. Biz icra hakimiyyətinə müraciət etdik, dedilər, nəzərimizdəsiz, səbrli olun, 44 mənzilli bina tikilir, o binadan sizə 3 otaqlı mənzil veriləcək”.
Bina hazır olandan sonra icra hakimiyyətinə dəvət olunub, tikilən binadan mənzillə təmin olunması münasibətilə onu təbrik edərək prezidentə təşəkkür məktubu göndərməsini istəyiblər.
İşə baxın, Tahir Məmmədov kimi gənc icra başçısı da köhnə, şablon üslubdan istifadə edir. Kəsəsi, vətəndaş məktub göndərir, ötən ilin dekabrında zəng vurub icra hakimiyyətinə dəvət edilib.
“Mənzillərin açarları paylanırdı, yuxarı mərtəbədən bir əməkdaş düşdü, soruşdu ki, pulla gəlmisən? Dedim, nə pul? Dedi, bilmirsən ki, mənzilin açarına görə şirinlik verməlisən? Pul gətirməmisənsə, vaxtımızı alma. Anladım ki, mənzillər pul verənlərə paylanır”.
Əlipaşayev bu dəfə prezidentə teleqram vuraraq təşəkkür məktubunun ona icra hakimiyyətində yazdırıldığını və aldadıldığını bildirib.
Bu dəfə icra hakimiyyəti onu dəvət edərək söz verib ki, növbəti binadan ailə mütləq ikiotaqlı mənzillə təmin olunacaq.
“Heydər Əliyevin doğum günündə - mayın 10-da növbəti binanın mənzillərinin açarları da paylandı, yenə bizə mənzil verilmədi. İkinci dəfə aldadıldıq”, - sitatın sonu...
Belə çıxır ki, T.Məmmədov Şamaxıda ev satışı ilə məşğul olur. Görəsən, ölkə başçısı İlham Əliyev onu rayona hansı missiya ilə göndərib?
Anaxeber.info yada salır ki, T.Məmmədov vəzifəyə gələndə kadr seçimində də şamaxılıları məyus edib. O, sürücü, maliyyəçi, köməkçi, tikintiləri layihələndirən köməkçi, təhsil şöbəsi müdiri, aqrae sektor üzrə şöbə müdirini özü ilə gətirib. Məgər Şamaxıda mütəxəssislər yoxdur?
Mediada gedən yazılarda iddianlar səslənir ki, indi  köməkçisi Yaqub Yaqubov Şamaxının həm icra başçısı, həm prokuroru, həm polis  rəisidir. Yaqubovsuz heç kim ev tikə, hər hansı bir işə qəbul oluna bilməz.
Hətta uşaq bağçasında tərbiyəçi də  Yaqubovun “bığının altından”  keçməlidir. Şamaxıda heç bir idarə, məktəb, xəstəxana rəhbərliyi başçı köməkçisinin razılığı olmadan addım atmır.
Rayonun Şəhriyar qəsəbə sakini Bayramov Babayar Allahyar oğlunun mətbuatda dərc edilən məktubunda da sensasion məqamlar var idi.
Sitat: “Yaqub Yaqubov nəinki bələdiyyə sədrlərini və onların  müavinlərini, hətta bələdiyyə üzvlərini də özü təyin edir.
Tikinti sektoruna Tahir Məmmədovun xalası oğlu Araz rəhbərlik  edir. Onun  razılığı olmadan heç kim  daşı daş üstünə qoya bilməz. Bütün  layihələri o tərtib etməlidir, başqa heç  kim.
Tahir  Məmmədov Şamaxını sanki  icarəyə götürüb. Kadr məsələlərini  də Yaqub Yaqubov həll  edir. Beş vəzifəyə dalbadal  rayonun Göylər kəndindən olan kadrlar yerləşdirilib.
Təhsil  şöbəsinin  müdiri - Göylər.  
Səhiyyə  şöbəsinin  müdiri - Göylər.
Çaylı  kəndi  üzrə  nümayəndə - Göylər.
Şəhriyar  qəsəbəsi  üzrə  nümayəndə - Göylər.
Aqrar  inkişaf  mərkəzinin  müdiri - Göylər.

Bu  kadrların  5-i də  dostbazlıq  prinsipi  üzrə Yaqub Yaqubovun  tələbə  yoldaşı  vasitəsilə təyin  edilib”.
Məktubda deyilir ki, Azərbaycan  Müəllimlər  institutunun  müəllimi  Mayıl  Alcanov  vasitəsi ilə  Yaqubova  25.000  manat  çatdırıldıqdan sonra bu  sövdələşmə baş tutub:
“Əslən rayonun Göylər kəndindən olan 2015-ci  ildə keçmiş başçı Asıf  Ağayev tərəfindən işdən qovulan, 4 il küçələrdə  avaralanan  İxtiyar  Xəlilovu da Şəhriyar qəsəbə icra  nümayəndəsi təyin edirlər, İxtiyar  Xəlilovu  əvvəlcə “ Təmiz  Şəhər” MMC- yə,  iki  aydan  sonra  Şəhriyar  qəsəbəsinə  nümayəndə  təyin  edirlər.
Şəhriyar qəsəbə nümayəndəsinin  müavini  Elsevər Qəhrəmanov  Yaqubovla məsləhətləşərək sosial  yardım  almaq  istəyən  qəsəbə  sakinlərinin hər birinə 1000 manat  müqabilində  saxta  arayışlar  təqdim  edərək  küllü  miqdarda  dövlət  vəsaitini  mənimsəmişlər. Məsələnin  üstü  açıldıqda  yardımların verilməsi dayandırılıb”.
Göründüyü kimi, biz heç nə iddia etmirik, evi dağılan sakin iki dəfə aldadılıb və İH ona ev verməyib, digəri isə yerli sakindir və baş verənləri, icra başçısının komandasının əməllərini yazır.
Anaxeber.info
Turan
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar