Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

İcra başçısı vətəndaşa məxsus ərazini qanunsuz yolla öz qohumunun adına sənədləşdirib? – İDDİA + FOTOLAR

17-07-2020, 23:23   





Bərdə rayon Gərənə kəndinin sakini Elşən Mənsimli Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayevin, onun atası Nəbi Abdullayevə məxsus torpağı qanunsuz yollarla öz yaxın qohumun adına sənədləşdirdiyini iddia edir.
Bu barədə Yeniavaz.com-a məlumat verən E. Mənsimli iddia edir ki, icra hakimiyyətinin nümayəndələri atasına məxsus olan torpağın sənədlərini yeniləmək üçün ondan böyük məbləğdə maddi vəsait istəyiblər:
“Mənim atam Abdullayev Nəbi Mənsim oğluna məxsus, Bərdə-Yevlax şosesi üzərində, Gərənə kəndinin yaxınlığında yerləşən “Kəpəz” Kooperativi Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev tərəfindən qanunsuz yolla, sənədlər saxtalaşdırılaraq, özünün yaxın qohumu Yevlax rayon sakini Eldar Əmrahovun adına keçirilib. Mən atamın ölümündən sonra sənədləri yeniləmək istəyirəm, amma məndən böyük məbləğdə pul tələb edirlər. Mənim bu məbləği onlara verməyə maddi imkanım çatmır. Artıq neçə ildir ki, mənə “daha bura sənin deyil, satılıb” deyirlər. 10 gündən artıqdır ki, kooperativin daşla tikilmiş hasarını və dəmirdən olan qapısını söküblər. İcraya qəbula düşə bilmirəm, başçının qorxusundan heç kim mənə cavab verməyə cürət etmir”.
Elşən Mənsimli “Kəpəz” Kooperativinə məxsus ərazinin sənədlərini də redaksiyamıza təqdim edib.











Məsələ ilə bağlı  Bərdə Rayon İcra Hakimiyyətindən açıqlama almaq istəsək də, zənglərimizə cavab verən olmadı.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar