Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

“Azərsu” vətəndaşı susuz qoyub -" suyun kəsilməsi sadəcə məndən pul qoparmaq üçündür"

20-08-2020, 11:20   



“Azərsu” vətəndaşı susuz qoyub – Qorxmaz Hüseynov Prezidentin tənqidlərindən nəticə çıxarmayıb “Azərsu”nun əməkdaşları Bərdə sakini Bəxtiyar Bəxtiyarov susuz qoyub. Bu barədə ANAXEBER.-info-ya vətəndaşın özü məlumat verib. Onun sözlərinə görə, “Azərsu”nun əməkdaşları işlətdiyi obyektə su verilişini dayandırblar. Bəxtiyar Bəxtiyarov bunun səbəbini soruşduqda bildiriblər ki, 1200 AZN borc yığılıb. “Halbuki mənim borcum yoxdur. Bununla belə, məsələni araşdırmaq üçün su idarəsinə getdim. Borcumun olub-olmadığını soruşdum. Məlum oldu ki, borcum yoxdur. O zaman hansı səbəbdən suyun kəsildiyinə aydınlıq gətirlməsini istədim. Dedilər ki, bunu Bakıdan gələnlər edib”, - deyə Bəxtiyar Bəxtiyarov bildirib. Vətəndaşın sözlərinə görə, artıq bir neçə gündür su yoxdur. Heç bir tədbir də görülmür. Bəxtiyar Bəxtiyarov hesab edir ki, suyun kəsilməsi sadəcə ondan pul qoparmaq üçündür. “Borc bəhanəsilə kəsiblər ki, onlara “hörmət” edim. Mən qəssabxana işlədirəm. Burada suyun olması vacibdir. Amma bunu nəzərə alan yoxdur”, - deyə vətəndaş qeyd edib. Bir neçə həftə əvvəl Prezident İlham Əliyev Azərbaycanda su təsərrüfatı sahəsilə bağlı müşavirə keçirmişdi. Həmin müşavirədə “Azərsu”nun fəaliyyəti də tənqid olunmuşdu. Görünür, qurumun rəhbəri Qorxmaz Hüseynov tənqidlərdən nəticə çıxarmayıb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar