Sizin Reklam Burada

İqbal Ağazadə Gəncə prospektində daha bir görüş keçirdi - Fotolar

22-01-2020, 22:32   


İqbal Ağazadə Gəncə prospektində daha bir görüş keçirdi
Oxunma sayı: 641

İqbal Ağazadənin Gəncə Prospektində növbəti görüşü olub. 

"Qafqazinfo" xəbər verir ki, 35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə növbəti görüşünü yenə də Gəncə Prospektinin sakinləri ilə keçirib. Gəncə prospekti 65 ünvanında yaşayan seçicilər qarşısında çıxış edən namizəd seçicillərin problemlərindən danışıb, onların həlli yollarını ifadə edib.

“Məhəllə problemlərini bilirəm və həlli üçün əlimdən nə gəlirsə, edəcəm. Eyni zamanda ümumölkə problemlərinin, Qarabağımızın işğaldan azad edilməsi üçün bütün varlığımla mübarizə aparacam”, - deyə İ.Ağazadə qeyd edib.

Sonda İ.Ağazadə sakinləri bir-bir dinləyərək onların suallarını cavablandırıb. Sakinlər isə onu dəstəklədiklərini ifadə edərək seçkidə məhz ona səs verəcəklərini bildiriblər.





Daha tez məlumatlanmaq üçün yeni Fa
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar