Sizin Reklam Burada

Dünyanı qorxuya salan virusla bağlı yeni iddia

23-01-2020, 14:54   

Alimlər virusun yarasalarda olduğunu və onlardan insanlara keçdiyini ehtimal edirlər

Çinin Vuhan şəhərində meydana gələn və bütün dünyanı qorxuya salan koronavirusla bağlı yeni iddialar ortaya çıxıb. Alimlər virusun yarasalarda olduğunu və onlardan insanlara keçdiyini ehtimal edirlər.

Çində bu virus səbəbindən ölənlərin sayı artıq 17 nəfərə çatıb. Yanvarın 25-də Çində qeyd edilməsi gözlənilən Yeni il tədbiri ilə əlaqədar milyonlarla çinlinin xaricə səyahət edəcəyi dünyada böyük təlaşa səbəb olub.

Virusun necə yayıldığı hələ məlum deyil. Bununla belə, Çinin “Elmi bülleten” qəzetində yayımlanan bir məqalədə virusun yarasalarda tapıla biləcəyi və virusun insanlara keçə biləcəyi qeyd olunub. Buna səbəb olaraq isə Vuhan şəhərində yarasa şorbasından çox istifadə etmək göstərilir.

Qeyd edək ki, koronavirus Çinin 22 fərqli bölgəsində 552 insanda aşkarlanıb. Lakin həqiqi sayın bundan daha çox olduğu düşünülür.    /Ayna.az/

Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar