Sizin Reklam Burada

Vladimir Putin keçmiş nazirləri özündən uzaqlaşdırmır, əksinə, ətrafına toplayır

24-01-2020, 18:13   


Rusiyada yeni hökumət qurulduqdan sonra bir çox nazir iş yerləri ilə vudalaşmalı olub.

Lakin prezident Vladimir Putin onların bəzilərini dövlət idarəçiliyndən uzaqlaşdırmaq əvəzinə öz ətrafına gətirib. Bunun üçün dövlət başçısı hətta bəzi federal qanunları dəyişdirməkdən belə çəkinməyərək, yeni vəzifələr və postlar yaradıb.

Məlum olduğu kimi, keçmiş baş nazir Dmitri Medvedev Təhlükəsizlik Şurasının sədr müavini təyin edilib.

Rusiya dövlət başçısı bu gün imzaladığı sərəncamla keçmiş federal nazirlər Vladimir Medinski və Makim Oreşkin də Kremlə gətirib. Onlar bundan sonra prezidentin köməkçiləri olaraq çalışacaqlar.

Bundan başqa, Putin öz administrasiyasında 3-cü müavinlik yeri də açaraq baş nazirin keçmiş müavini Dmitri Kozakı həmin vəzifəyə təyin edib.

Qeyd etmək lazımdır ki, Dmitri Medvedev hökumətində Vladimir Medinski mədəniyyət, Maksim Oreşkin isə iqtisadi inkişaf naziri olub. Dmitri Kozak baş nazirin müavini olaraq yanacaq-energetika kompleksinin, sənayenin, habelə Ukraynadan işğal olunmuş Krım və Sevastopolla bağlı məsələlərin kurasiyasını həyata keçirib.

Lakin son dövrlərə qədər Rusiya hakimiyyət iyerarxiyasında qüdrətli simalardan sayılan, keçmiş baş prokuror Yuri Çayka prezidentin əhatəsinə düşə bilməyib.

Yuri Çayka 13 il dövlətin əsas ittihamçısı vəzifəsini tutub. Onun və ailəsi ilə bağlı, xüsusilə oğulları Artyom və İqorun korrupsiya yolu ilə əldə olunmuş pullarla İsveçrədə, Cenevrə gölü sahillərində bahalı villalar aldığı xəbərləri dolaşırdı. Bununla bağlı ölkəni əsas müxalif siması Aleksey Navalnı hətta videogörüntülərlə sübutlar ortaya qoymuşdu.

Yuri Çayka indi prezidentin Şimali Qafqaz federal dairəsində səlahiyyətli nümayəndəsi vəzifəsini icra edəcək.

Musavat.com

 

Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar