Sizin Reklam Burada

Binəqədi icra məmuru Fikrət Məmmədovu İsfəndiyar Axundova “satdı”: “tikinti maqnatı” hələ də at oynadır – VİDEO

25-01-2020, 10:46   




2011- ci ildə “MUR-AY” MMC-nin vətəndaşlara yaratdığı ciddi problem ölkə rəhbəri İlham Əliyevin diqqətini cəlb etmiş və problemin həll edilməsi üçün aidiyyatı dövlət qurumlarına müvafiq göstəriş vermişdir. Bu göstərişə uyğun olaraq başqa Bakı şəhər icra hakimiyyəti olmaqla 17 dövlət qurumu və təşkilatı müqavilə imzalamışlar. Şərur” MTK-da həmin müqaviləyə cəlb edilərək üzərinə aşağıdaki öhdəlik qoyulmuş və ona Kənar dairəvi küçəsi 4 ünvanda (hazırda Məhəmməd Xiyabani 11) “Mur-Ay” zərərçəkənləri üçün yaşayış binaları inşa etmək məqsədi ilə 4 hektar torpaq sahəsi və Maliyyə Nazirliyindən 10 milyon manat pul vəsaiti ayrılmışdır. Üzərinə götürdüyü öhdəliyə görə “Şərur” MTK zərərçəkənləri 2 il müddətinə mənzillə təmin etməli idi… Lakin “Şərur” MTK-nın rəbəri İsfəndiyar Axundov həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyinin bir qismini icra etsə də, zərərçəkmişlərə müxtəlif bəhanələrlə mənzil verməkdən imtina etmişdir. Bununla bağlı bütün məhkəmə instansiyaları şikayətçilərin xeyrinə qərar çıxarsa da İsfəndiyar Axundov məhkəmə qərarlarına da saymamazlıq göstərmişdir.
Məhkəmə qərarlarından sonra Binəqədi Rayon İcra və Probasiya şöbəsi 2019-cu il sentyabrın 11-da icraata başlamaq haqqında qərar çıxarır. Məhkəmənin Qərarını İcra etməli olan Binəqədi Rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, I dərəcəli ədliyyə qulluqçusu Ələddin Hüseynovun imzaladığı qəra5rda açıq şəkildə göstərilir: “Borclu “Şərur” MTK-ya təklif olunsun ki, 10 gün müddətində icranı könüllü olaraq təmin etsin. İcra könüllü təmin edilmədikdə:
– borclu barəsində məcburi icra tədbiri görülsün;
– icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınsın və həmin əmlak üzərinə həbs qoyulsun”.
Qərarın çıxarılmasından düz dörd ay sonra, dünən Binəqədi Rayon İcra və Probasiya şöbəsinin icra məmurları məhkəmə qərarının icrası üçün hərəkətə keçmişlər. Onu da bildirək ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsinin bu “fəallığı” Ədliyyə Naziri Fikrət Məmmədov məsələni şəxsən nəzarətə götürməsindən və nazir müavini Vilayət Zahirovun icraya birbaşa göstəriş verməsindən sonra baş vermişdir. Bütün bu yüksək dövlət məmurlarının göstərişinə baxmayaraq, marlıdır ki, Binəqədi Rayon İcra və Probasiya şöbəsi yenə də İsfəndiyar Axundovla dil tapa bilmişdir. Dünən əraziyə gələn Ramin adlı icra məmuru şikayətçilərin tələblərini, prezidentin onlarla bağlı verdiyi göstərişi saymayaraq məhz İsfəndiyar Axundovun mövqeyini əsas götürmüşdür. Bu isə zərərçəkmişlərin haqlı narazılığına səbəb olub. hadisə yerindən çəkilmiş videokadrları diqqətinizə çatdırırıq:

https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/google_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/facebook_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/yahoobuzz_16.png?w=500 https://i0.wp.com/www.cumhuriyyet.net/wp-content/plugins/sociofluid/images/twitter_16.png?w=500
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar