Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Maska tapılmayan ölkədən xaricə maska göndərilir

4-04-2020, 10:05   

 

Bəxtiyar Hacıyev

1 tibbi maska tapmaq üçün günlərlə 60-70 apteki gəzirik, qapıdan baxan kimi “yoxdur” deyirlər, keçirik digərinə, yenə “yoxdur” deyirlər. Əlinə mikrofon alan kimi jurnalist olduğuna inananlar da düşürlər sadə vətəndaşın dalınca ki, niyə maska taxmırsınız?

Martın ortasında “apteklərdə maska yoxdur” deyirik, xəbər yaydırırlar ki, “maska koronavirusdan qorumur”. Qorumursa, polis niyə cərimələyir? Yoluxmuş və bundan xəbərsiz adam asqıranda, öskürəndə, ətrafdakıları yoluxmadan qoruya bilər?

Bir neçə gün sonra “tikiş müəssisələri cəlb edilsin, regionun superdövləti olan Azərbaycan heç olmasa, özü 10 qəpiklik sadə maskanı istehsal etsin” deyirik, dərhal xəbər yayırlar ki, supermən gənc nazirimiz hər şeyi düşünüb, videobloqunda anons verib, “martın sonu bahar, hər yerdə maska olar” və s. Supermən nazirin trolları da şərhlər yazırlar ki, 1 həftəyə maska bolluğu olacaq. Susuruq, gözləyirik. Aprelin əvvəlidir, müəssisələrdən xəbər yoxdur. Əvəzində isə xeyirxah insanlar evlərində günə 40-50, sahibkarlar tikiş sexlərində günə 200-300 maska tikirlər.

Koronavirusa yoluxmuş şəxslərin Azərbaycandan keçdiklərini xarici gürcü və belarus mətbuatından oxuduğumuz kimi, macar mətbuatından da oxuyuruq ki, Azərbaycan yüksək humanistlik və xeyirxahlıq nümunəsi göstərərək, Macarıstana 10 000 maska hədiyyə edib. Bu, hələ Macarıstan mətbuatının düşünmədən sızdırdığı məlumatdır. Görəsən, başqa hansı ölkələrə maska göndərmişik?

Rəsmi qurumlar ən qısa zamanda bu məsələlərə aydınlıq gətirməlidirlər:

  • Hansı ölkələrə nə qədər maska/əlcək hədiyyə ediblər? Öz apteklərində maska tapılmayan ölkə bunu niyə edib? Azərbaycanın Avropa İttifaqı üzvü olan ölkəyə maska göndərməsi harasına yaraşıb?
  • Hazırda gündəlik maska/əlcək tələbi nə qədərdir və apteklərə gündəlik nə qədər maska verilir?
  • Həftələrdir “yaxın günlərdə yerli maska istehsalı başlayacaq” deyilən müəssisələr işə düşübmü? Düşməyibsə, nəyi gözləyirlər?
  • Macarıstana və digər ölkələrə (hələ saylarını bilmirik) on minlərlə maska paylayan ölkənin vətəndaşı apteklərdə maska tapa bilmirsə, polis onu niyə cərimələyir?

Suallar çoxdur. Jurnalistlər mövzunu araşdırsalar, rəsmi qurumlardan daha çox suallar soruşa bilərlər. Rəsmi qurumlar isə 3 paraqraflıq “təmkin və anlaşıqlıq göstərin” məzmunlu açıqlama vermək çərçivəsindən çıxıb, mətbuat üçün gündəlik brifinqlər keçirməlidirlər və belə suallara gündəlik cavab verməlidirlər. Belə məsələlərə açıqlama gəlməlidir, tibbi ləvazimatları başqa ölkələrə göndərib, Ulu Tanrıya dua etməklə koronavirusla mübarizə olmur.

Ya da day keçib, 10000-10000 maska da Botsvana, Haiti, Suriya və s. ölkələrə də göndərin. Hərəsinin üstünə Koronavirusla Mübarizəyə Dəstək Fondunda əhalidən yığılmış pullardan 1-2 milyon əlavə edin. Orada ölkəmizin humanistliyini görsünlər. Biz dözümlü xalqıq, buna da dözərik. Bütün dünyanı maska və əlcəklə təmin edin, artıq qalsa, bir #10000maska da Azərbaycan apteklərinə göndərərsiniz.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar