Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

BİR VİRUSLA “ÇİN SƏDDİ”nin ARXASINA QOVULAN “ASİYA ƏJDAHASI”:ABŞ Çin ətrafında qurulan ittifaqı necə dağıtdı? - ARAŞDIRMA

4-04-2020, 10:10   

Ərgün Dilər

“Takvim”, Türkiyə, 03 aprel 2020-ci il

 

Hadisələri dəyərləndirərkən, yaxın keçmişi unutmamalıyıq. Çünki çoxları qılınclarını çəkdi. Səslərini unutmadıq.

ABŞ-ı yaxından izləyənlər uzun zamandır mövzunun Çin olduğunu xatırlayacaqlar. Gedən müdafiə nazirlərinə baxsaq, yetərlidir.

“Dərin Amerika” Çindən istifadə edərək, ailələri hədəf alırdı. İllərdir hazırlıq görülürdü. Ötən günlərdə yazdığım kimi, tam bu nöqtədə Prezident Trampın çıxışı həyati önəm daşıyırdı. Prezident Trampın “Çin virusu” sözü adi bir söz deyil, çox önəmli planın ilk addımı idi.

Çini sıfırdan böyüdərək supergec illüziyasına bürüyən Vaşinqtonun özü idi. Ancaq Çin bu illüziyanı gerçək hesab etdi.

Pekində ABŞ-ın 50 ölkəyə bölünməsi danışılmağa başlanmışdı. Əlbəttə, Çinin bunu təkbaşına bacarması mümkün deyildi. Dünyanı idarə edən ailələr də ABŞ-ın bir neçə ştatının ayrılması fikrinə isti baxırdılar. Trampa düşmən olan Nyu-Yorkun ilk ayrılan ştat olması da qərarlaşdırılmışdı. Ancaq bu, əlbəttə, çox çətin məsələ idi. Nyu-Yorkda Rotşild ailəsi güclü idi. Ancaq ailə bu ştatı ölkədən ayıra biləcək gücə sahib deyildi.

Çin daha da irəli getməyə başlamışdıAsiyadakı amerikan şirkətlərinin qitədən çıxmasını istəyirdi. Bunu açıqca elan edirdilər. Afrikada Fransa ilə anlaşan Çin burada da amerikan hərbçilərinin olmasını istəmirdi.

Bu qərarlar ard-arda alınır, eyni zamanda “İpək yolu” layihəsi də sürətlə irəliləyirdi. Çin, Rusiya və İran blokuna İngiltərə, Fransa və İtaliya qapı arxasından dəstək verirdi. İngiltərə və Fransa, hətta İtaliya neftdən asılı olan bir Çinin supergüc ola bilməyəcəyini anlayırdı.

Öz aralarında bir neçə dəfə savaşmış dövlətlərin təcrübəsi önəmli idi. Bu planlar sürətlə irəlilədiyi bir vaxtda, ABŞ koronavirusu meydana sürdü. Öncəlikli hədəf Çin idi.

Çin böyük sarsıntıya düşdü. Çinin artıq bir daha əvvəlki günlərinə geri dönməsi mümkün deyil. Ən azı, çox çətindir.

Çindən sonra hədəfin İran, İtaliya, Fransa və İngiltərə olması təsadüf deyil. Təbii, bu arada ABŞ-ın özü də koronavirusun təsiri altına düşməliydi. Çünki ABŞ ikinci addımı dövrəyə soxmalıdır.

Qeyri-rəsmi rəqəmlərə görə, koronavirus Rusiyada da minlərlə can alıb, ancaq Rusiya bunu gizlədir.

İndi yavaş-yavaş ikinci plan işə salınır. Floridada çox önəmli olan, Ağ Evdə də çalışımış çox önəmli şəxslərin ortaq olduğu bir hüquq bürosu Çinə qarşı iddia qaldırıb. İndilik sadəcə iddia qaldırılıb. Vaşinqton Çindən 3 trilyon dollarla 9 trilyon dollar arasında təzminat almağı planlaşdırır. Yəni, Tramp boş yerə “Çin virusu” deməyib…

Bir neçə trilyon dollarlıq təzminat Çinin dağılmasına qədər gedən prosesi başlada bilər. Çin bu durumu görür. Əlində kozır varmı? Yox. Çünki ABŞ bu gün Çinə qarşı embarqo başlada bilər.

Hazırda Çin heç bir şey istehsal edə bilmir. İstehsal etmək ehtimalı da yoxdur. Çünki Çin, ABŞ istəyərsə, istehsal edə bilər. ABŞ, Avropanın Çinə yardım etməsinə də mane ola bilər. Bu gün hansı Avropa ölkəsi Çin malı istəyə bilir? Çinin ABŞ və Avropaya ixracatı 85% azalıbBu rəqəm daha da böyüyəcəkArdından Çinə təzminat şoku gələ bilər. Həm də trilyonlarla dollarla… Bu səbəblə, Çinin gələcəyi Vaşinqtonun qərarında yatır.

Laboratoriya virusundan başqa, heç bir təbii virus bir neçə gün içində, təqribən, 90 ölkəni eyni anda yoluxdura bilməz. Bütün mütəxəssislər bunun mümkün olmadığını söyləyirlər. Yəni, bu virus laboratoriyada hazırlanıb və Çindən dünyaya yayılıbİşin mərkəzində də Vaşinqton durur. Ancaq bunun elə bir önəmi yoxdur. Bu virus Vuhandan çıxıb.

Çin bu virusun amerikanlar tərəfindən yayıldığını söyləyir. Ancaq bu fikir neçə nəfərə çatdırıla bildi? Neçə nəfəri buna inandıra bildilər? ABŞ isə “Çin virusu” dedi, mövzu qapandı.

İndi ABŞ-da hər gün artan yoluxma və ölüm hadisələri, əslində, Çinin düşünməli olduğu məsələlərin başında gəlir. Çünki ABŞ-da siyasi gərginlik artdıqca, hədəf Çin olacaq. Çinin bu rüzgara qarşı qoyacaq gücü yoxdur… Doğrusu, heç olmamışdı, amma yaradılan illüziya Çinin özünü də başqa ölçüdə görməsinə səbəb olmuşdu. Çini tələyə saldılar. Vaşinqtonun olmadığı bir “İpək yolu” mümkün deyildi. Son 3 ildə alınan qərarlar isə daima Vaşinqtonun oyundan kənarda qalması üçün oldu. Beləliklə, Çini ortaya atan ailələr Pekinin sonunu hazırladılar.

ABŞ olmadan Çin ola bilməzdi. Bunu Pekinin anlamaması da təəccüblüdür. Çin dövlət başçısı Şi Cinpinq ötən il İtaliyada “Yeni bir dünya gəlir. Çin yeni dünyanın ən önəmli hərəkətverici gücü olacaq” demişdi. Bu da Vaşinqtona meydan oxumaq idi. Bu meydan oxumaq hələ də anlaşılan bir şey deyil. Axı Vaşinqton virus çıxarmasa belə, Çini bitirə biləcək gücə sahibdir.

Ancaq virusla yeni bir nizamın gəldiyini görürük. Çinin xaricə tibbi yardım göndərməsi başına gələcəkləri əngəlləyə bilməyəcək. Ən pis vəziyyətdə olan İtaliya belə, Çinə qarşı iddia qaldıracaq. İzləyin, digərləri də…

Çin “yad” – “başqası” kimi yaşayacaq. Yeni balansın yeni tezliyi bu olacaq.

Qeyd: 5-ci küçədə yaşayan Tramp prezident seçildikdən sonra bütün Nyu-York etiraz yürüşünə çıxmışdı. Nyu- York, yəni “Wall Street” Prezident Trampı istəmirdi. İndi koronavirusun vurduğu şəhərdən səs çıxmır. Qəribədir.

Tərcümə Strateq.az-ındır

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar