Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Pandemiya şəraitində onkoloji xəstələrə radioterapiya necə aparılmalıdır? - Porfessor açıqlayır

4-04-2020, 15:30   

Koronavirus (COVID19) pandemiyası şəraitində onkoloji xəstələrə radioterapiyanın aparılması...


Dünyada qlobal bəlaya çevrilən koronavirus (COVID-19) pandemiyası şəraitində Milli Onkologiya Mərkəzinin əməkdaşları, o cümlədən şüa müalicəsi və tibbi fizika şöbələrinin kollektivi bəd xassəli şiş diaqnozu qoyulmuş xəstələrə radioterapiya apaılmasında fasilə verməmişlər. Xəstələrin və tibb personalının virusa yoluxma, başqalarını yoluxdurma riskinin minimuma endirilməsi nəzərə alınmaqla apaılan şüa müaicəsinin həyata keçirilməsində dünyanın apaıcı klinikalarının, beynəlxalq cəmiyyətlərin (ASTRO, ESTRO və s.) hazırlanmış müfafiq alqoritmlər, onların təcrübələrindən geniş istifadə edilir. Bu məsədlə 3 aprel 2020 ildə Atom Enerjisi üzrə Beynəlxal Agentlik (İAEA) tərəfindən “COVİD 19 və Radioterapiya şöbələrinin hazırlığı: yaxşı təcrübəyə doğru həmrəylik (COVID-19 Preparedness for Radiotherapy Departments: Towards Consensus on Best Practices)” mövzusunda Azərbaycan Respublikası Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin həkimləri və tibbi fiziklərinin də iştirak etdiyi beynəlxalq vebinar (onlayn konfrans) keçirmişdir. Dünyanın bütün qitələrindən 1200–dən çox mütəxəssisin (radioterapevt və tibbi radiasion fiziklər) işiştirak etdiyi vebinarı aparmaqda məqsəd COVID-19 pandemiyası zamanı radioterapiya xidmətləri ilə bağlı mütəxəssislərin öz təcrübələrini bölüşmək və fikir mübadiləsi aparmaq olmuşdur. Vebinarda olduqca çətin pandemiya şəraitində çalışan İtaliyalı həkim Dr Pierfrancesco Franco çıxışı böyük maqala izlənilmişdir. Onlayn konfransda şüa müalicəsinə göstəriş olan xəstələdə radioterapiyanın fərdi və situasion faktorları nəzərə olmaqla apaılma vaxtının seçilməsinin müzakirəsində yekdilliklə qəbul olunmuşdur ki, şüa müalicəni o halda təxirə salına bilər ki, bu konkret xəstənin müalicəsinin effektivliyinə mənfi təsir etmir. Müalicənin təxirə salınması mümkün olmayan hallarda isə xəstələrin şüa müalicəsi koronavirusa qarşı ciddi qoruyucu tədbirlər çərçivəsində aparılmalıdır. Virusa yoluxmaq və digər xəstələri yoluxdurmaq riskini minimuma endirmək üçün bu xəstələrə radioterapiya hökmən xəstəxanada stasionar şəraitdə həyata keçirilməlidir. Birincili və ya müalicəyə davam edə xəstələrin seçimində tibbi göstərişlərə uyğun prioritet qoyuluşu, xəstələrin sayının məhdudlaşdırılması məsələləri müzakirə edilib. Paneldə xəstələrin, tibb personalının və digərlərinin yoluxmadan qorunma ilə bağlı strategiyalar, kadrların dəyişdirilməsi, telemedisinadan istifadə, dezinfeksiya, COVID pozitiv və ya şübhəli COVİD xəstələrinin müalicəsi ilə bağlı məsələlər müzakirə edilmişdir. Konfrans bəd xassəli şiş prosesinin lokalozadiyası., mərhələsi və s. digər faktları nəzərə almaqla mövcud şüa müalicəsi protokollarına (doza-texnika-fraksiya) dəyişiklik edilməsi, hipofraksiyalı radioterapiya rejimlərinə üstünlük verilməsi, avadanlıqlara texniki xidmət, klinik tədqiqatlardakı xəstələr də daxil olmaqla radioterapiya təcrübəsində mümkün ola bilən modifikasiyaları müzakirə etmişdir. Eyni zamanda, mütəxəssislər tibb personalı və xəstələr üçün psixoloji dəstək problemləri ətrafında fikir mübadiləsi aparmışlar. Bütün iştirakçılar yekdilliklə bu qərara gəlmişlər ki, onlayn konfranlar gələcəkdə də mütəmadı olaraq həyata keçirilsin.

Şübhə doğurmur ki, dünyanın aparıcı klinikaların radiason onkoloq və tibbi radiasion fiziklərinin iştirakı ilə həyata keçirilən fikir mübadiləsi (vebinar) mürək-kəb koronavirus (COVİD 19) pandemiyası şəraitində çalışan Milli Onkologiya Mərkəzinin əməkdaşlarının daha səmərəli işləməsinə boyük dəstək olacaqdır.

Milli Onkologiya Mərkəzinin şüa müalicəsi şöbəsinin rəhbəri, professor İsa H.İsayev

 



Fotolar

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar