Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Məşhur professor açıqladı: "Çin virusa qarşı müalicə yolu tapıb"

5-04-2020, 11:03   


Dünyaca məşhur ürək cərrahı Mehmet Öz koronavirusun mübarizə metodu ilə bağlı ümidverici sözlər deyib.
"MediaPost" xəbər verir ki, Mehmet Öz çinli alimlər tərəfindən hazırlanan araşdırmanın videosunu vətəndaşlarla paylaşacaq.
Professor çinlilər tərəfindən hazırlanan müalicə üsulunun müsbət nəticə verəcəyini açıqlayıb:
"Dünyanın hər yerində elm adamları COVID-19-a qarşı mübarizə yolunu axtarır. Virusun yayılmasının qarşısını almaq üçün bütün həkimlər birlikdə mübarizə aparırıq. Çinli elm adamları uzun araşdırmalar nəticəsində tapdıqları müalicə üsulununun bir hissəsini artıq açıqlayıblar. Lakin hələ də onlar bunu gizli saxlamağın tərəfindədirlər. Bu həkimlərlə görüşdüm. Sözügedən müalicə üsulu virusun gücünü azaltmağa yönəlib. Onun təsirini azaltmaqla yayılmanın qarşısını ala bilərik ".
Professor Öz əlavə edib ki, Çin bu müalicə üsulunu ölkədə tətbiq etməklə yayılmanın azalmasında irəliləyiş əldə edib:
"Bu metodla yüksək hərarətli günlərin sayı 3,2 gündən, 2,2 günə düşüb. Öskürəkli günlərin sayı 3,1 gündən 2 günə enib. Sağalma sayı 80,6 faizdir. Məncə, bu çox yaxşı nəticədir".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar