Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Koronavirus amerikalıları kütləvi qırıb çatır - QORXUNC RƏQƏM

8-04-2020, 09:40   


ABŞ-da ötən sutka ərzində koronavirusdan ölənlərin sayı rekord həddə çatıb. Virtualaz.org xəbər verir ki, Con Hopkins universitetinin açıqladığı məlumata görə virus bu müddət ərzində daha 1736 nəfərin həyatına son qoyub, bununla da ölənlərin sayı 13 minə yaxınlaşıb.

Bundan əvvəl sutka ərzində ən çox ölüm faktı aprelin 4-də qeydə alınmışdı, həmin gün 1344 pasiyent ölmüşdü.

Birləşmiş Ştatların vitse-prezidenti Mayk Pensin daha əvvəl bildirdiyinə görə, ölkədə koronavirusla mübarizədə bir qədər proqress müşahidə olunur. O deyib ki, epidemiya mərkəzlərindən alınan məlumatlar belə deməyə əsas verir. “Müəyyən tarazlaşma, proqress əlamətləri müşahidə olunur. Vətəndaşlar infeksiyadan qorunmaq üçün bütün mümkün tədbirləri görməlidir”,-vitse-prezident bildirib.

ABŞ-da koronavirusa 396 mindən çox yoluxma halı təsdiqlənib və bu rəqəm hər saat artır. Dünyada isə yoluxanların sayı 1.5 milyona çatıb, 82 mindən çox adam ölüb.

Virtualaz.org


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar