Ana səhifə

Onlayn dərslər keçməyən müəllimlərə əməkhaqları veriləcəkmi? – Rəsmi AÇIQLAMA

    Tarix: 19-05-2020 13:20   

Təhsil Nazirliyi “Virtual məktəb” (www.virtual.edu.az) portalında qeydiyyatdan keçməyən və şagirdlərə onlayn dərslər keçməyən müəllimlərə əməkhaqlarının verilməyəcəyi ilə bağlı məlumatlara münasibət bildirib.

Nazirliyin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdirinin müavini Orxan Abbasov bu məlumatın düzgün olmadığını söyləyib:

“Müəllimin portalda (www.virtual.edu.az) qeydiyyatdan keçməsi ilə onun əməkhaqqısı arasında heç bir əlaqə yoxdur. Bu portal müəllim və şagirdlər üçün yaradılan əlavə imkandır. Əgər müəllim dağ kəndində yaşayırsa, onun kompüter və interneti yoxdursa, o, dərslərə necə qoşula bilər?! Biz buna görə müəllimlərin əməkhaqlarını kəsə bilmərik. Bu məsələ müzakirə mövzusu da deyil”.

Xatırladaq ki, koronavirus pandemiyası ilə əlaqədar bütün təhsil müəssisələrində təlim-tədris prosesi dayandırıldığından Təhsil Nazirliyi tərəfindən aprelin 2-dən “Virtual məktəb” layihəsinə start verilib. Layihənin məqsədi Nazirliyin yayımladığı teledərslərin interaktivliyini təmin etmək və məsafədən tədris imkanlarını genişləndirməkdir. Portalda qeydiyyatdan keçən müəllimlər şagirdlərinə onlayn dərslər də keçə bilirlər. (trend)

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net