Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Başçının varidatının siyahısı yayıldı – İH-dən cavab

20-05-2020, 14:13   

 


   
Elxan Usubovla bağlı yayılan məlumatdan xəbərimiz var. Bu, böhtandır və şər xarakterli informasiyadır. Yazılanların heç biri həqiqətə uyğun deyil.
Bu sözləri Axar.az-a Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubovun köməkçisi bildirib. Elxan Usubovun varidatı ilə bağlı Almaniyada yaşayan jurnalist Həbib Müntəzirin yaydığı siyahıdan danışan başçı köməkçisinin sözlərinə görə, bu, başçının nüfuzuna xələl gətirmək üçün müvafiq şəxslər tərəfindən aparılan qara kampaniyadır:
“Bunu bu cür qiymətləndirmək lazımdır. Məsələyə azad informasiya nöqteyi-nəzərdən baxılanda, deyə bilərik ki, bu cür məlumatların istər kütləvi informasiya vasitələrində, istər sosial şəbəkələrdə getməsi, işıqlandırılması normaldır. Çünki medianın, mətbuatın işi budur. Bunu ümumiyyətlə saxlamaq, qarısını almaq mümkün deyil. Hər bir məmur, icra başçısı haqqında dəfələrlə bu cür, reallığı əks etdirməyən məlumatlar yayılıb və əksəriyyəti də təsdiqini tapmayıb”.
Başçı köməkçisi deyib ki, E.Usubovun də mövqeyi bu cürdür:
“Bu gün kiməsə böhtan, şər atmaq çox ucuz olub. Bu cür məlumatlar ancaq dövlətinə xidmət etmiş şəxslərin nüfuzunə xələl gətirmək məqsədi güdür”.
Xatırladaq ki, jurnalist Həbib Müntəzir Şəkinin icra başçısı Elxan Usubovun varidatının siyahısını paylaşıb. Jurnalist 14 ildir icra başçısı olan Elxan Usubovun Şəkidə bir neçə iaşə-ticarət obyektləri, fərdi yaşayış sahələri və hektarlarla torpaq sahələrinin olduğunu da bildirib:
1. Bakıda T.Şıxəliyev, ev 6 ünvanında mənzil
2. Şəkidə L.Abdullayev, ev 36 ünvanında mənzil
3. Şəkidə M.Ə.Rəsulzadə, ev 293 ünvanında xidməti mənzil
4. Şəkidə 5 ədəd dəbdəbəli malikanə
5. Şəkidəki süd zavodu
6. Şəkidəki “Sünbül” çörəkbişirmə sexi
7. Şəkidə M.F.Axundov prospektində yerləşən “Şəki” oteli
8. Şəkinin Kiş kəndindəki “Narınqala” oteli
9. Şəkinin Kiş kəndində “Şam bağı” oteli
10. Kiş kəndində “Cənnət bağı” oteli
11. “Dağüstü park” deyilən yerdəki “Panorama” oteli
12. Şəki-Oğuz yolunun üstündə yerləşən istirahət mərkəzləri
13. Ağstafada bir malikanə
14. Gürcüstanda böyük fındıq zavodu
15. ”CHEMİCO CO LTD” MMC şirkəti
16. ”A.Q.T.İ.M.” MMC şirkəti (gips, mala və əhəng istehsalı)...
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar