Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Azərbaycanda koronavirusdan ölənlər necə dəfn olunur? – RƏSMİ AÇIQLAMA

20-05-2020, 17:38   

Mübariz Qurbanlı: “Dəfn mərasimində yalnız ailə üzvlərinin iştirakı nəzərdə tutulur”

“Azərbaycanda koronavirusdan vəfat edən şəxslərin dəfni ilə bağlı Nazirlər Kabineti yanında operativ qərargahda müzakirələr aparılıb. Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələri və razılaşdığı sənədlər var”. Bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Yeni” TV-nin canlı yayımında bildirib.

Onun sözlərinə görə, həmin razılaşmaya əsasən, vəfat edən şəxslərin dəfn edilməsində müəyyən tibbi qaydalar var: “Koronavirusdan ölən şəxs islami qaydalara uyğun olaraq dəfn olunur, imam iştirak edir və bütün ayinlər icra olunur. Dəfn mərasimində yalnız ailə üzvlərinin iştirakı nəzərdə tutulur”.

Komitə sədri qeyd edib ki, virusdan vəfat edən şəxslərin dəfni ilə məşğul olması üçün imamların siyahıları yerlərdəki məscidlərə göndərilib: “Həmin imamlar dəfn mərasiminə çağırılır. Məscidlərin hamısında lazımi siyahı üzrə imamlar var”.     /Ayna.az/

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar