Ana səhifə

Generalın DİQQƏTİNƏ: Ağsuda “MERO” rəisi “”Whacap”la biznes qurub

    Tarix: 21-05-2020 08:53   

 





Etiraf edək ki, Daxili işlər naziri General Polkovnik Vilayət Eyvazov təyin olunduqdan sonra həqiqədən də Daxili İşlər orqanlarında yüksək canlanma başlandı. Əlbətdə ki, öləkinin asayışını qoruyan polis orqanına belə bir rəhbər şəxsin təyinatı olduqca alqışalayiq idi. 

Lakin Ağsu rayonunda yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinidə baş verən gülünc olaylar nə qədər maraqlı olsada, digər tərəfdən polis orqanlarında xidmət edən şəxsə yaraşmaz. Dosye.org-a sızan məlumatlara görə, Ağsu “MERO”suna yeni təyin olunan rəis Kamran Məmmədov özünəməxsüs formada bazar açıb. Belə ki, şöbə rəisi 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinə aid olmayan avtomaşınları “Whacap” vasitəsi ilə texniki baxışdan keçirir. Bu da böyük ehtimalla vəzifə səlahiyyətlərini aşma və qanunu kobud şəkildə pozma halları kimi göstərilir.

Bir faktı nəzərinizə çatdırq ki, 1-9 may aralığında 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinidən 5168 avtomaşın texniki baxışdan keçdiyi bildirilir. Mənbəmiz iddia edir ki, 6000-ə (min) yaxın avtomaşından 1100-dən yuxarı minik avtomaşını regionun, 4000-ə yaxın avtomaş isə digər bölgələrdən “Whacap” vasitəsi ilə texniki baxışdan keçmişdir. Həmən avtomaşınların bir qismi Bakı şəhəri və Biləsuvar rayonlarından olduğu bildirilir. Ağdam sakininin idarə etdiyi 99LL 162 OPEL VEKTRA minik avtomaşını 3 saylı Rayonlararası İmtahan-Qeydiyyat Şöbəsinidən “Whacap” yolu ilə texniki baxışdan keçdiyi məlumdur. Kamaz yük maşını 56BD770 eyni ilə məsələni həll edənlər siyahısındadır.

Reallıq ondan ibarətdir ki, bu gün əksər avtomaşınların nasaslığı yoxlanılmadan qeyri-qanunu yollarla texniki baxışdan keçdiyi məlum olsada bu cür neqativ halların qarşısı alınmır. Əslində, texniki baxışdan keçməyən avtomaşınlar həm sürücülər, həm də piyadalar üçün olduqca təhlükəlidir. Baş verən ağır və yüngül avto-qəzalar dərindən araşdırılsa görəcəyik ki, həmən minik avtomaşınların çox hissəsi “Whacap” qurbanlarıdır.

Dosye.org olaraq bir daha bildirmək istəyirik ki, cəmiyyətimizin təhlükəsizliyinə tam qaranti verən Azərbaycan polisləri hər zaman asayışımızı təmin edir və qəhrəmancasına üzərlərinə düşən vəzifəni həyata keçirirlər. Əfsüslər olsun ki, bəzi “MERO” rəisləri və onların tabeçiliyində olan əməkdaşlar bilərəkdən və yaxud bilməyərəkdən ölkə qanunlarını kobud şəkildə pozur. Təbii ki, mətbu orqan olaraq istənilən sahədə baş verən xoşagəlməz olaylar ictimailəşəcək və lazımı qurumlara ünvanlanacaq. Çox istərdik ki, Baş Dövlət Yol Polis İdarəsinin rəisi general-mayor Ramiz Zeynalov məsələni bir başa nəzarətə götürsün. Əks halda bəzi  “MERO” rəislərinin vəzifədən sui-istfadə halları artacaq. Məsələyə diqqətimizdədir və yenidən mövzüya qayıdacayıq.

DOSYE.ORG






Dosye.org saytında “Generalın DİQQƏTİNƏ: Ağsuda “Mero” rəisi bazar açıb” başlıqlı məqalə dərc etmişdik.

Nəzərinizə çatdıraq ki, məlumat saytımızın elektron ünvanına daxil olduqdan sonra yayimlanmışdır. Lakin sonradan əməkdaşlarımızın apardığı araşdırmalar məlumatın həqiqətə uyğun olmadığını isbatladı. Azərbaycan polisi işini mükəmməl bilən və eyni zamanda asayışımızı ləyaqətlə qoruyan orqandır. Bütün bunları nəzərə alıb saytımızda yayımlanan tənqidi məqalə xəbərdən silinir və eyni zamanda BDYPİ-nin rəisi cənab Ramiz Zeynalovdan üzür istəyirik.

шаблоны для dle 11.2



Ən çox oxunanlar
Reklam

Xəbər lenti
Baş Redaktor: Azər Talıbov      
Bizimlə Əlaqə : Tel - (050) 378 66 61 / (077) 271 55 66       E-mail : anaxeber.az@gmail.com
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

Anaxeber.info © 2014
Designed by: Daraaz.net