Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

ENERGETİKA NAZİRİNİN MÜAVİNİ İŞDƏN ÇIXARILDI - Yeni təyinat + FOTOLAR

21-05-2020, 15:16   



Azərbaycanın Energetika nazirinə yeni müavin təyin edilib. AZƏRTAC-ın verdiyi məlumata görə, bu barədə Energetika nazirinin müşaviri – mətbuat katibi Zəminə Əliyeva deyib.

O bildirib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə nazir müavini Gülməmməd Cavadov vəzifəsindən azad edilib, Kamal Abbasov Energetika nazirinin müavini təyin olunub.

AzPolitika. info - nun məlumatına görə, Kamal Abbasov bundan əvvəl Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Qaz İxrac İdarəsinin rəisi vəzifəsində işləyib.


Kamal Abbasov


Qeyd edək ki, işdən azad edilən Gülməmməd Cavadov 1949-cu ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft Akademiyasının informasiya və ölçü cihazları fakultəsini bitirib. 1972-1992-ci illərdə Elektrik Hesablama Maşınları Zavodunda mühəndis-texnoloq vəzifəsindən direktor vəzəifəsinədək yüksəlib.

1993-1999- cu illərdə Peyk zavodunun direktor müavini, direktor vəzifələrində çalışıb. 1999-2006-cı illərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin nəzdində Dövlət Material Ehtiyatları Komitəsinin sədri olub. 2006-cı ildən Azərbaycan Respublikası Sənaye və Energetika nazirinin müavini vəzifəsində çalışıb.

AzPolitika.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar