Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Rusiya mətbuatı: “Azərbaycan öz vətəndaşlarını Rusiyanın insafına buraxıb”

22-05-2020, 11:53   
 

Rusiyanın ‘infoteka24.ru’ saytı bu ölkədə yaşayan və pandemiya dövründə ağır vəziyyətə düşən, öz ölkəsinə buraxılmayan azərbaycanlıların problemlərilə əlaqədar Azərbaycan hökumətini sərt tənqid edən məqalə yayımlayıb. Məqalənin müəllifi ‘Dərbənd’ informasiya agentliyidir (RİA “Derbent”).
Məqalədə Azəybaycan hökuməti öz vətəndaşlarının problemlərinə biganəlikdə ittiham olunur. Bildirilir ki, Azərbaycan neftlə zəngin ölkədir, amma bundan gələn gəlir vətəndaşların rifahına sərf olunmur. Azərbaycan ailələrinin bir çoxu dolanışıq üçün Rusiyadan gələn pula möhtacdır.
Azərbaycan hökuməti xüsusən Rusiya ilə sərhəddə toplanmış minlərlə azərbaycanlını ölkəyə buraxmamağa görə qınanılır.
“Azərbaycan öz vətəndaşlarını Rusiyanın insafına buraxıb” başlıqlı məqalənin tərcüməsini təqdim edirik:
Rusiya-Azərbaycan sərhədini keçib, vətəninə qayıtmaq istəyən azərbaycanlılarla bağlı parodoksal vəziyyət yaranıb. Yüzlərlə insan qəfildən kəskin məhdudiyyətlə üzləşdi: martın 24-dən onlar sərhədi ancaq şənbə günləri saat 10.00-dan 14.00-a qədər keçə bilərdilər. Aprelin 5-dən isə sərhəd tamamilə qapadıldı.
Azərbaycanda aprelin 5-dən tətbiq olunan xüsusi karantin rejiminin müddəti iki dəfə uzadıldı. Birinci dəfə aprelin 20-dən mayın 4-nə qədər, ikinci dəfə isə mayın 31-nə qədər.
Azərbaycanlıların öz vətənlərinə dönməsində Rusiya tərəfdən heç bir məhdudiyyət yoxdur. Onları evlərinə qayıtmağa qoymayan öz ölkələridir.
Aprelin 18-dən Azərbaycanın hökumət orqanları vətəninə qayıdanlar üçün xüsusi sayt yaratdı. Azərbaycana qayıtmaq istəyənlər aprelin 23-nə qədər o saytda elektron qaydada növbə götürə bilərdilər. Amma bu müddətdə sərhəd cəmi bir dəfə açıldı – aprelin 19-dan 20-nə keçən gecə.
Məlum olub ki, bu dövlətin başqa ölkələrdə (Gürcüstan, Türkiyə və s.) olan vətəndaşları da eyni problemlə üzləşiblər. Xarici ölkələrdən məhz Rusiyada daha çox azərbaycanlı yaşayır. Onlar xüsusən SSRİ dağılandan sonra Rusiyaya aktiv şəkildə gəlməyə başlayıblar.
Neftlə zəngin olmasına baxmayaraq, Azərbaycan hökuməti öz vətəndaşları üçün normal rifah təşkil edə bilməyib. Vətəndaşlar yaşayış problemlərini özləri həll etmək məcburiyyətində qalıb. Rusiyaya gələnlər arasında elələri var ki, daimi yaşayış üçün köçüb, hətta vətəndaşlıq da alıb. Elələri də var ki, qazanc məqsədilə mütəmadi gəlib-gedir.
Dərin iqtisadi tənəzzül, sosial təbəqələşmə olan başqa postsovet ölkələrində də bənzər vəziyyət yaranıb. Amma Azərbaycanla bağlı vəziyyət xüsusidir. Çünki Rusiyanın Özbəkistan, Qırğızıstan və Tacikistandan fərqli olaraq, Azərbaycanla birbaşa quru sərhədi var.
Ötən ilin yanvar-noyabr aylarında Rusiyadan Azərbaycana təxminən 850 milyon dollar pul köçürməsi olub. Azərbaycan vətəndaşlarının köçürdükləri bu pulların böyük hissəsi öz qohumlarının yaşayışını təmin etmək məqsədilə göndərilib. Bu isə o deməkdir ki, orada yüzlərlə ailə var, bu vəsait göndərilməsə, onlar hətta yeməyə də pul tapmaz.
Rusiyada pandemiyaya qarşı mübarizə məqsədilə tətbiq olunan məhdudiyyətlərə görə miqrantların da vəziyyəti ağırlaşıb. Bu üzdən onların bir çoxu bu ağır vəziyyəti öz evlərində keçirməyə çalışırlar.
Miqrantların əksəriyyəti kasıb adamlardır. Bu baxımdan özlərinin sərhədi sərbəst keçməsi onlar üçün daha uyğundur. Dağıstanda indiyə qədər də Azərbaycan vətəndaşlarının sayı az deyildi. Onların bir çoxu tikinti sektorunda işləyirdi. İndi onlara Rusiyanın başqa ərazilərində işləyən həmvətənləri də qoşulub.
Əksəriyyəti pulsuz qalan bu adamlar indi evlərinə buraxılmamaq problemilə üz-üzə qalıblar. Öz doğma ölkələri sərhəd məntəqələrini bağlayıb. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyirdi ki, Azərbaycanın bu cür addımlarının məqsədi Rusiyadan miqrantların axınını asanlaşdırmaqdır. Amma bunun yalan olduğu üzə çıxdı.
Minlərlə insan taleyin ümidinə buraxılıb. Təkcə Dağıstanın cənubundakı sərhəd zonasında bir neçə min adam var. Hələ aprelin sonunda sərhədi keçməyə müvəffəq olan 500 minə qədər adam bura aid deyil.
Dağıstanda Məhərrəmkənd rayonu ərazisində qalan azərbaycanlıların sayı 700-dən çoxdur. Bir neçə yüz nəfər də Dərbənddə var. Onlar yerli hökumət qurumları və xeyriyyəçilərin hesabına yaşayış yeri və qida ilə təmin olunur. Bu yaxınlarda Rusiyanın Fövqəladə Hallar Nazirliyi də bu məsələyə qoşulub.
Azərbaycan isə öz vətəndaşlarının problemlərinin həllində iştirak etmir.
Bu durumda olan azərbaycanlıların bir çoxu dost-tanışlarının, yaxud başqalarının ağır durumuna biganə qalmayan insanların hesabına problemlərini həll edib, müvəqqəti yaşayış yeri tapıblar.
Bugünlərdə məlumat yayıldı ki, Qafqazın iki tanınmış siması – Qod Nisanov və Süleyman Kərimov bu problemin həlli üçün birləşiblər və yaxın vaxtlarda hər gün 200 nəfər Azərbaycan vətəndaşının sərhəddən buraxılması planlaşdırılır. Süleyman Kərimov rusiyalı senatordur (milliyyətcə ləzgidir, Federasiya Şurasının üzvüdür), əslən Azərbaycandan olan Qod Nisanovun isə Azərbaycan hökumətinə aidiyyəti yoxdur. O, zəngin biznesmenlərdən biridir. Amma bu biznesini Azərbaycanda yox, Rusiyada qurub.
Düzdür, çarter reysilə öz hesabına uçub çatmaq imkanı da var. Amma bu, çoxlarının cibinə uyğun deyil. Üstəlik, onlar gedib sərhədə çatıblar. Niyə təyyarə ilə uçmaq olar, amma sərhədi piyada keçmək olmaz? Burada məntiq haradadır? Niyə ölkə öz vətəndaşlarını buraxmır? Bu suallar cavabsız qalıb.
Düzdür, sosial şəbəkələrdə müxtəlif versiyalar səsləndirilir. Biri də budur ki, ölkənin səhiyyə sistemi potensial koronavirus daşıyıcılarının axınının öhdəsindən gələ bilmir. Dövlət də əlavə karantin zonalarının yaradılmasına əlavə vəsait xərcləmək istəmir. Bununla da Azərbaycan pulsuz və işsiz qalmış vətəndaşlarının problemlərini başqa dövlətin çiyinlərinə atır.
Azərbaycan Rusiya təkcə bu problemi yaratmayıb. Sərhəd zonasına toplaşan çoxlu sayda insan karantin qaydalarına riayət etmir, bu da epidemioloji situasiyanı çox pisləşdirir. Bu isə daha böyük problemdir. Dağıstanda Məhərrəmkənd rayonu ərazisində pnevmoniyaya yoluxma, hətta bu xəstəlikdən ölüm halları artıb. Amma yerli hökumət nədənsə bunu gizlədir.
abzas.net
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar