Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Putin necə gözdən düşür...

27-05-2020, 10:18   


Əlbəttə, bir adamın rəyi, hətta o, çox ciddi siyasi analitik və yaxud politoloq olsa belə, hələ heç nə demək deyil və bu cür fikirləri ən yaxşı halda, maraqlı və yaxud da diqqətə layiq mülahizələr adlandırmaq olar.

Amma bəzən hətta bir adam da bu və ya digər ölkənin əsas siyasi vektorunu duya, proseslərin inkişaf tendensiyasını hiss edə bilər. Odur ki, biz imkan daxilində bilavasitə Kremli əhlinə yaxınlığı olmayan politoloq və analitiklərin də analizlərini diqqətdə saxlamağa çalışırıq.

Bəzi hallarda bu cür politoloqları və analitikləri “dissident”lər adlandırırlar, çünki onların mülahizələri əksər hallarda rəsmi baxışlardan və ideologiyalardan kənara çıxır. Amma onlar məhz buna görə də maraqlı olurlar, çünki rəsmi siyasi versiyalar rəsmi adamların mövqeyini müəyyən edir, amma azad politoloqların analizlərisə həmin rəsmi siyasi elitanın evolyusion trekini cızır.

Beləliklə, bizim rusiyalı azad siyasətşünaslar nəyin üstündə baş sındırırlar? Bu günlərdə diqqətimizi bir rusiyalı yazarın prezident Vladimir Putin cənablarının və onun hakimiyyətinin de-sakralizasiyası ilə bağlı məqaləsi cəlb etdi.

Əlbəttə, burada mübahisəli məqamlar çoxdur. Hələki sosial sorğular Rusiya prezidentinin reytinqində ciddi eniş fiksə etməyib. Amma müvafiq mütəxəssislər bunu onunla izah edir ki, Rusiyada bu gün sözün həqiqi mənasında azad sorğu və sosioloji xidmət tapa biməzsən – bəli, o strukturlar ki, özlərini sosisoloji tədqiqat mərkəzi kimi tədqim edir, hətta onlar da hakimiyyətin müvafiq strukturları ilə bağlı olurlar.

Ona görə də hakimiyyətin etimad resursları və yaxud ehtiyatları haqqında fikir yürüdərkən sadəcə, məntiqə istinad etmək lazım gəlir, çünki formal məntiq özü belə bəzi hallarda maraqlı mülahizələrə gətirib çıxara bilir.

O ki qaldı Putinin özünə, o əvvəldən sözün klassik məanasında xarizmatik şəxsiyyət olmamışdı. Bəli, dövlət məmuru, buna qədər isə xüsusi xidmət əməkdaşı və rəhbəri – aydındır ki, insanlar belə siyasi şəxslər haqqında ən yaxşı halda ən zəruri şeyləri bilirlər.

Amma bunu Putinin hakimiyyətinin sonrakı dövrü haqqında demək olmaz. İyirmi ildir ki, müvafiq dövlət qurumları bu adamın xarizmasını yaratmaqla məşğuldur və demək olar, məqsədlərinə də çatıblar; Rusiya prezidenti xarizmatik siyasi şəxsiyyət oldu və Krımın anneksiyasından sonra isə az qala milli liderə çevrildi.

Amma bu il onun başının üstünü qara buludlar aldı və bəzi azad analitiklərin fikrincə, Putinin reytinqi sürətlə enməyə başladı. Bir daha qeyd edək ki, bu cür mülahizələri təsdiq və yaxud da inkar edəcək sosioloji sorğularımız yoxdur, fəqət, çox maraqlı bir deyim var: kütlələr liderlərini ya tribunada, ya da dar ağacında görmək istəyir.

Bu baxımdan xarizma, əlbəttə, faydalı şeydir, amma daimi deyil, dəyişkəndir. Siyasi kütlələr əvvəl hesab edir ki, onların lideri istənilən maneəni dəf etmək iqtidarındadır. Zira elə an yetişir ki, ürəklərdə ciddi dəyişikilik baş verir: məlum olur ki, onların lideri siyasi sehrbaz deyil.

Prezident Putinlə hazırda təxminən belə şey baş verir. Bir tərəfdən pandemiya, digər yandan neft böhranı, üstəlik, ABŞ-ın sansksiyaları və permanent təzyiqi: xəbərlər doışır ki, Vaşinqton Rusiyanın “Şimal axını” qaz layihısini də heç etmək istəyir. Artıq onun Maduro və yaxud Bəşər haqqında düşünməyə macalı belə yoxdur – öz problemləri yetərincədir.

Amma tale hələki onu tamam diqqətdən kənarda qoymur, V.Putinin “qaraçuxası” hələ tamam yatmayıb. Bu günlərdə Fələstin Administrasiyasının lideri Mahmud Abbas ondan Fələstin-İsrail problemilə bağlı xüsusi konfrans keçirməyi xahiş etdi. Əlbəttə, bu, hələ o demək deyil ki, onun sərəncamına dünya güclərinə təzyiq etmək üçün yetərli rıçaq daxil olub. Yox, Tramp da tərs adamdır və bir neçə il bundan əvvəl BMT – də Yerusəlimlə bağlı qərarın səsverməsini uduzan zaman belə geri çəkilmədi, qərarını dəyişmədi. Amma Moskvanın çox böyük siyasi ticarət və sövdələşmə təcrübəsi var və aydındır ki, Rusiya Fələstin məsələsini həll etməyəcək, amma onu nəyəsə “dəyişə” bilər...

 

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar